Artıq xəbər verdiyimiz kimi, Volkswagen konserni yeni New Auto adlı inkişaf strategiyasını təqdim edib. Alman markasının 2030-cu ilə qədər inkşaf istiqamətini əks etdirən plan, yeni ebatareyalı modellərin buraxılmasını nəzərdə tutur.
Belə modellərdən biri də iri ölçülü ID.8 krossoveri olacaqdır. Bildiyimiz kimi, hazırda bu ailəyə MEB modul platformasında inşa edilən ID.3 hetçbeki və ID4 krossoveri, habelə Çin bazarında satılan ID.6 krossoveri daxildir. Bununla yanaşı, Volkswagen şirkəti ID.Buzz konseptinin motivləri üzrə yaradılmış miniveni, ID.5 kross-kupesini, habelə naməlum citi-karı buraxacağını bildirib. Sonuncu elektrokarın ID.1 və ya ID.2 adlandırılacağı ehtimal olunur.
İlkin məlumata görə, ID ailəsinin yeni bayraqdarı Teramont krossoveri ilə müqayisə edilən ölçülərə malik olacaqdır. Yeni flaqmanın hazırlanması barədə məlumatı Volkswagen qrupunun İdarə heyətinin sədri Herbert Diss özünün Linkedln hesabında təsdiqləyib. Bununla belə, top menecer yeni model haqqında heç bir məlumat verməyib.