Amerikada satılan yeddinci nəsil Volkswagen Jetta modeli yenilənib: üstəlik, təkcə baza sedanı deyil, həmçinin “bərkgedən” Jetta GLI modeli də yenilənib. Avtomobilin eksteryerində baş vermiş dəyişikliklər yeni bamperlərdən, təkmilləşdirilmş optikadan və bir qədər fərqli radiator barmaqlığından ibarətdir.

İnteryerdəki əsas yenilik, diaqonal səkkiz və ya 10,2 düym olan virtual cihazlar panelidir. Bundan əlavə, Jetta modeli artıq 1,4-litrlik mühərrik ilə təchiz olunmur. Bu aqreqatı Taos krossoverindən tanış olan 1,5-litrlik mühərrik əvəzləyib.

Jetta, ABŞ-da stabil tələbata malikdir: 2021-ci ildəki satışlar keçən 2020-ci illə müqayisədə 5% artıb. Volkswagen Jetta yerli bazarda ən çox satılan üç modeldən biridir. Restaylinq bu nəticəni möhkəmləndirmək məqsədini daşıyır - sedanın rəng palitrasını genişləndirib, bu yaxınlarda satışa çıxarılan

Taos modelindən götürülmüş yeni mühərriki avtomobiln mühərrik çeşidinə daxil edilib. Bundan başqa, sedan yeni opsiyalara sahib olub - məsələn, bu opsiyaların arasında firma telematik sistemi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ABŞ və Kanadada yenilənmiş Jetta indi 160 at qüvvəli 1,5-litrlik EA211 Evo mühərriki ilə təklif edilir. Güc qurğusu altı pilləli mexaniki və ya səkkiz pilləli “avtomat” ilə təchiz edilə bilər. Əvvəlki 1,4-litrlik mühərrik çeşiddə qalsa da, ancaq Meksika və digər Latın Amerikası ölkələrində təklif ediləcəkdir.

Yenilənmiş sedanın avadanlıq siyahısına avtomatik əyləcləmə sistemi və kor zonalara nəzarət sistemi daxildir. Opsional olaraq, adaptiv kruiz-kontrolu və zolaqda saxlama funksiyasını sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Bərkgedən” Jetta GLI modeli də əvvəlki kimi, altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli DSG “robot” ilə tandemdə çalışan 230 at qüvvəli 2,0-litrlik TSI turbomühərriki ilə təchiz olunur. Bu sedan artıq standart olaraq adaptiv amortizatorlar və özükilidlənən differensial ilə təchiz edilir.

Yenilənmiş Jetta modellərinin satışlarının baaşlanması 2021-ci ilin sonuna planlaşdırılır. Modelin Amerika bazarındakı satış qiymətləri hələlik açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.