Volkswagen şirkəti və Kanada hakimiyyəti ölkədəki dizel qalmaqalının tənzimlənməsi barədə razılaşma əldə etmişdirlər. Alman istehsalçısı 105 min "çirkli" avtomobillərin geri alınması və təmirinə 2,1 milyard Kanada dolları (1,6 milyard ABŞ dolları) ayırmışdır.
Automotive News dərgisinin dərc etdiyi məlumatda "dizelgeytlə" əlaqəsi olan avtomobillərin sahiblərinin əksəriyyətinə 5000 dollar təzminat ödəniləcəkdir. Alman şirkəti həmçinin ümumi məbləği 15 milyon dollar olan inzibati və məhkəmə xərclərini də ödəməyi boynuna götürmüşdür. Beləliklə, Volkswagen şirkətinin Şimali Amerikada "dizel qalmaqalının" nəticələrini tənzimləməsinə 18 milyard dollar vəsait xərcləyəcəkdir. Bu məbləğin böyük hissəsi ABŞ-da olan 600 min ədəd defektli avtomobillərin geri alınmasına və təmirinə xərclənəcəkdir. Xatırladaq ki, dizel mühərrikləri ilə bağlı qalmaqal 2015-ci ilin sentyabrında başlamışdır. O zaman amerikan ekoloqları alman şirkətini yoxlama zamanı zərərli tullantıların səviyyəsini azaldan proqram təminatının istifadəsində günahlandırmışdılar. Elektron alqoritm ölçmə avadanlığının qoşulması zamanı tullantıların səviyyəsini dəfələrlə azaldırmış. Dünya üzrə bu qalmaqalla əlaqəsi olan 11 milyon avtomobil olduğu söylənilir.