Volkswagen ID.5 elektrik kross-kupesi və onun “bərkgedən” GTX indeksli versiyası 2021-ci ilin noyabrında təqdim edilib. 2022-ci ilin 27 yanvar tarixində isə, alman markasının Svikkau şəhərindəki zavodunda yeni modelin istehsalına start verilib. Bu, artıq Volkswagen konserninin adı çəkilən zavodda yığılan altıncı elektrokarıdır və ID.5 modelinin buraxılması ilə birlikdə zavod tamamilə elektromobillərin istehsalına keçib.

VW ID.5

İndi Svikkaudakı zavodda ID.3, ID.4 və ID.5, habelə Audi Q4 e-tron, Q4 e-tron Sportback və Cupra Born elektrokarları istehsal olunurlar. İllik istehsal həcmi 300 min avtomobilə çatır ki, bu da Svikkaudakı zavodu Avropanın sıfır tullantılı avtomobillər buraxan ən iri istehsal müəssisəsi edir. 2030-cu ilə Volkswagen konserni Avropada satılan avtomobillərin ümumi həcmində elektrokarların payını 70 faizə, Şimali Amerika və Çində isə 50 faizə çatdırmağı planlaşdırır. 

VW ID.5

Volkswagen ID.5 modelinə gəldikdə isə, elektromobilə sifarişlər artıq qəbul olunur. Belə ki, Böyük Britaniyada elektrik kross-kupesi üçün minimum 50.550 funtq sterlinq tələb olunur, “bərkgedən” ID.5 GTX modeli isə ən azı  58.640 funt sterlinqə başa gələcəkdir.

VW ID.5 GTX

Volkswagen ID.5 modelinin əsasını Audi Q4 e-tron və Skoda Enyaq Coupe iV modellərinin inşa edildiyi MEB modul platforması təşkil edir. ID.5 modelinin baza versiyası arxa oxda yerləşən 174 at qüvvəli elektrik mühərriki ilə təchiz olunur. Belə elektrokar 100 km/saat həddini 10,4 saniyəyə toplayır və maksimal 160 km/saat həddinə sürətlənir. 

VW ID.5 GTX

Orta versiyada elektrik mühərrikinin hasilatı 204 at qüvvəısinə qədər artırılır və 100 km/saat həddinə sürətlənməyə 8,4 saniyə sərf edilir. “Bərkgedən” ID.5 GTX kross-kupesi 299 at qüvvəli güc qurğusu il təchiz edilir. GTX indeksli model 100 km/saat hddini 6,3 saniyəyə toplayır, maksimal sürətin məhdudlaşdırılması isə 180 km/saat həddinə çəkilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2022-ci ilərzində Volkswagen daha üç istehsal meydançasında elektrokarların buraxılışına başlamalıdır: Almaniyanın Edem və ABŞ-ın Çattanuqa şəhərlərindəki zavodlarda ID.4 krossoveri, Hannoverdə isə ID.Buzz miniveninin istehsalına start veriləcəkdir. Istehsal planına əsasən, ilin sonuna kimi, alman konserni Avropa, ABŞ və Çindəki müəssisələrdə MEB platformasına əsaslanan 1,2 milyon elektromobil istehsal etməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.