Keçən ilin dekabr ayının sonunda Volkswagen şirkəti 2020-ci ildə 34 yeni model təqdim etməyi planladığını açıqlayıb ki, onlardan on ikisi krossoverlər olmalıdır. Alman şirkətinin model çeşidində olan krossoverlərin sayının heç də az olduğunu söyləmək olmaz. Krossoverlərə olan tələbatın yüksəlməsini görən alman istehsalçısı, hazırda hər zövqə uyğun krossoverlər təklif edir.

Bununla birlikdə,bazarın krossovelərdən “doyması” da yaxındır. Volkswagen şirkətinin tədqiqat və işləmələr şöbəsinin rəhbəri Frank Velş Britaniyanın “Autocar” nəşrinə verdiyi müsahibədə krossoverlərin populyarlığının hələ bitməmidiyini, lakin çeşiddəki müxtəliflik çatışmazlığının olmadığını və yeni modellərin yaradılması artıq qazanc gətirməyəcəyini bildirib. Buna görə də, yaxın gələcəkdə Volkswagen əsas diqqəti mövcud olan krossoverlərin istehsalına və nəsillərinin dəyişdirilməsinə yönəldəcəkdir.

Frank Velş hesab edir ki, Volkswagen, MQB modul platformasında inşa edilmiş bəzi modellərdən tədricən imtina edəcəkdir, lakin hansı  avtomobillərin tezliklə model xəttindən çıxarılacağını açıqlamayıb. Çox güman ki, söhbət Avropada populyarlığını itirən  Golf Sportsvan və Touran modellərindən gedir. Bu siyahıya, kifayət qədər uğurlu olmayan digər modellərin daxil ediləcəyi istisna olunmurr.