Volkswagen konserni Türkiyədə tikilən və dəyəri 1,4 milyard dollar olan zavodun inşasını dayandırıb. Bloomberg agentliyinin bildirdiyinə görə, bu Türkiyənin Suriyada apardığə hərbi əməliyyat ilə bağlıdır.
“Yeni zavodun inşasının dayandırılması qərarı şirkətin idarə heyəti tərəfindən qəbul edilib. Vəziyyəti diqqətlə izləyirik və baş verənlər bizi çox narahat edir” – Volkswagen konserninin bəyənatında bildirilir. Xatırladaq ki, oktyabrın əvvəlində konsern Türkiyənin qərbindəki Manisa şəhərində ildə 300 min avtomobil buraxacaq zavodun inşa edilməsi barədə qərar qəbul etmişdi. Yeni zavod konsernin dünyadakı 123-cü zavodu olmalı idi.
Türkiyə Suriyada həyata keçirdiyi “Barış pınarı” adlı əməliyyata 9 oktyabr tarixində başlayıb. Türkiyə hökuməti əməliyyatın PKK və “İslam dövləti” terrorçularına qarşı apardığını bəyan edib. Ankara terrorçuları öz sərhədlərindən uzaqlaşdıraraq təhlükəsizlik zonası yaratmaq istəyir. Bu zonada Suriyadan olan qaçqınların yerləşdirilməsi nəzərdə tutulur. Lakin, ABŞ və Avropa birliyi ölkələri Türkiyəninin torrorçulara qarşı apardığı hərbi əməliyyatdan çox narahatdırlar.