Vida seriyasından olan Volkswagen Golf GTI 380 hetçbeki Şimali Amerika bazarında debüt edib: bu, üçpedallı Volkswagen Golf hetçbekini sifariş etmək üçün son fürsətdir. Restaylinqdən sonra bütün beş qapılı hetçbeklər DSG transmissiyasına keçəcək, hətta “bərkgedən” Golf GTI və Golf R modifikasiyaları üçün belə heç bir istisna edilməyəcək. GTI 380 xüsusi versiyasının tirajı məhdudlaşdırılmayıb. Vida versiyasına sifarişlər yalnız 2024-cü model ilində qəbul ediləcək.

Volkswagen Golf GTI 380 adi “qaynar” hetçbekdən yalnız genişləndirilmiş qara dekoru ilə fərqlənir. Parlaq 19-düymlük alüminium təkər disklərindən, zavod antixromundan, qara rəngli güzgülərdən və damdan imtina etmək mümkün deyil. Rəng palitrası da məhduddur: qrafit boz metallik rəngi əsas rəngdir, lakin opsional gümüşü, ağ, tünd boz, qırmızı, qara və mavi rəngləri də sifariş etmək olar.

Eyni zamanda, alıcılar parça və dəri üzlüklü oturacaqlar arasında seçim edə biləcəklər, lakin texniki hissə dəyişməzdir. “Qaynar” hetçbekin kapotunun altında 245 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki var. Güc aqreqatı 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Adaptiv asqı standart avadanlıqdır, lakin paket şəklindəki opsiyalar svtomobilin qiymətini əhəmiyyətli dərəcədə dəyişə bilərlər. Baza versiyalı Golf GTI 380 hetçbekinin qiyməti 32 485 dollar, top versiyasının isə 40 625 dollardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş səkkizinci nəsil Volkswagen Golf modelinin təqdimatı yaxın günlərdə baş tutmalıdır, çünki modelin qapalı təqdimatı artıq keçirilib. Avtomobil istehsalçısı hələlik təfərrüatları açıqlamayıb, lakin hetçbek, əlbəttə ki, ekoloji cəhətdən daha təmiz və daha təhlükəsiz olacaq, habelə yeni rəqəmsal xidmətləri əldə edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.