Volkswagen şirkəti yeni nəsil T6 miniveninin Freestyle adını almış xüsusi modifikasiyasını təqdim etmişdir. Populyar avtomobil uzaq səfərləri rahat etmək üçün gərək olan aksessuarlar dəstini əldə etmiş və kosmetik dəyişikliklərə məruz qalmışdır. Praktikliyi ilə seçilən avtomobil yaxın vaxtlarıda bir sıra ölkələrdə satışa çıxarılacaqdır. Xüsusi Volkswagen Multivan Freestyle modifikasiyası alman istehsalçısının model cərgəsində Multivan və California modelləri arasında qərarlaşacaqdır.

Yeni modifikasiya, xüsusi olaraq bu avtomobil üçün nəzərdə tutulmuş 17-düymlük təkər diskləri, rənglənməmiş ön və arxa bamperlər, əlavə loqotiplər, baqaj bölmünün qapağına quraşdırılmış iki ədəd qatlanan stul, həmçinin yan sürüçdürməli qapıya quraşdırılmış masa ilə təchiz edilir. Bunlardan başqa, minivenin avadanlıq siyahısına, tərkibinə yataq döşəyi və əşyalar üçün rəflər də daxil olan Good Night dəsti də əlavə edilmişdir.

Opsional olaraq, Multivan Freestyle modelini işıqdiodlarından hazırlanmış və xüsusi təmizləmə sistemi olan ön fənərlər, Devonport təkər diskləri və işıqdiodlarından hazırlanmış arxa fənərlər ilə də sifariş etmək olar. 

Əlavə olaraq, opsional avadanlıq siyahısına Comfort dəsti də daxil edilmişdir ki, bu dəst üç zonalı Climatronic klimat-kontrol sisteminin və Multivan Comfortline modelindən alınan təkmilləşdirilmiş cihazlar panelinin quraşdırılmasını nəzərdə tutur.

Volkswagen Multivan Freestyle modifikasiyası alman şirkətinin təklif etdiyi geniş çeşiddə benzin və dizel mühərrikləri ilə, həmçinin 4Motion tam çəkiş sistemi ilə də təklif ediləcəkdir. Sonuncu halda miniven özüqapanan differensialla təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt