Volkswagen şirkəti T7 nəslindən olan Multivan modelinin interyerinə həsr olunmuş yeni videoçarxı yayımlayıb. Videoda rəqəmsal cihazlar panelini və multimedia sisteminin ekranını özündə birləşdirən sensorlu paneli və salonun transformasiya imkanları nümayiş olunur. Yeni minivenin təqdimatı cari ilin iyun ayında baş tutmalıdır.
Videoda, Bulli təchizatına malik olan T7 sərnişin versiyasının salonu nümayiş etdirilir. Avtomobil iki rəngə boyanməş kuzova, habelə ön fənərləri visual olaraq birləşdirən işıqlanan zolaq olan radiator barmaqlığına malikdir. Yeni miniven, sol hissəsi cihazlar panelinin göstəricilərinə, sağ hissəsi isə multimedia sisteminə nəzarət etmək üçün ayrılmış geniş sensorlu paneli alacaqdır. Belə konfiqurasiya artıq səkkizinci nəsil Golf modelindən tanışdır.
İlkin məlumatlara görə, nəsil dəyişikliyi ilə birlikdə T7 furqonu ön ötürməli MQB modul platformasına keçəcəkdir. Bundan əlavə, hibrid modifikasiyanın peyda olacağı və mexaniki transmissiyadan imtina ediləcəyi gözlənilir - model yalnız naqillər vasitəsi iə idarə edilən DSG “robotu” ilə təchiz olunacaqdır.