Volkswagen şirkəti növbəti krossoveri təqdim edib. Bu krossover alman istehsalçısının Braziliya bölməsi tərəfindən yaradılan və elə həmin ölkədə də nümayiş etdirilən kupeşəkilli Volkswagen Nivus krossoveridir. Şirkətdən yeni modelin tamzmilə Braziliyada yaradılan ilk model olduğunu iddia edirlər. Hərçənd bu ölkədəki texniki mərkəz artıq çox sayda avtomobillərin iyaradılmasında iştirak edib. Məsələn, götürək elə Virtus sedanını. Doğrudur, sedan Cənubi Amerikadan kənara çıxmasa da, Nivus qlobal model olacaqdır.
Volkswagen Nivus modeli MQB-A0 modul platformasında inşa edilib ki, bu platformada onu Avropada satılan Polo və T-Cross modelləri ilə yaxın edir. Bununla belə, yeni krossoverin təkər bazası 2566 millimetr (+15 millimetr) təşkil edir. Yeni gəlmişkən, Nivus hər iki qohumdan xeyli uzundur - 4266 millimetr. Müqayisə üçün Polo hetçbekinin uzunluğu 4053 millimetr, T-Cross krossoverinin isə 4108 miillimetr təşkil edir. Bununla birlikdə, hündürlük baxımından Nivus adi minik avtomobilinə daha yaxındır: 1493 millimetr. Polo hetçbekinin hündürlüyü 1461 millimetr, T-Cross modelinin isə 1584 millimetr təşkil edir.
MQB-A0 platforması öndə McPherson dayaqlarının və arxada isə yarım müstəqil asqının quraşdırılmasını nəzərdə tutur. Bununla belə, bu platforma tam ötürmə sistemini tətbiq edilməsinə imkan vermir. Qeyd edildiyi kimi, Nivus klirensi Polo modelində olduğundan cəmi 10 millimetr hündürdür və bu, əsasən daha yüksək profilli şinlərin hesabınadır. Top versiyalar 205/55 R17 şinlərinə malik olacaqdırlar. Nivus modelinin standart təchizatına XDS differensialının kilidlənməsinin elektron təqlidi və disk əyləcləri daxil edilib.
Salonun dizaynı Volkswagen markası üçün ənənəvi üslubunda hazırlanmışdır və burada əsas yenilik, yerli alıcıların tələblərini nəzərə alaraq, xüsusi olaraq Braziliya bazarı üçün yaradılmış 8,0-düymlük ekrana sahib olan VW Play mediasistemidir. Tezliklə belə multimedia sistemi Cənubi Amerikada satılan digər modellərdə quraşdırılacaqdır. Bundan başqa, Nivus modelinin təchizatına 10,25-düymlük virtual cihazlar paneli, adaptiv kruiz-kontrol və arxa görüntü kamerası daxil edilib. Bütün krossoverlər standart olaraq altı hava yastığı ilə təchiz edilirlər. Baqaj bölümünün həcmi 415 litr təşkil edir ki, bu da Polo modelində olduğundan 64 litr, T-Cross krossoverindən isə 30 litr çoxdur.
Braziliyada satılacaq VW Nivus modelinin kapotunun altında 116 at qüvvəli 1,0-litrlik üçsilindrli turbomühərriki yerləşir. Braziliyada populyar olan etanoldan istifadə halında mühərrikin gücü 128 at qüvvəsi təşkil edir. Güc aqreqatı alternativsiz 6-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.
Volkswagen Nivus modelinin Braziliyadakı istehsalına və satəşlarına bu yay başlanacaqdır. Braziliyanın ardınca krossover Argentinada, bir müddət sonra isə Meksikada satılmağa başlayacaqdır. 2021-ci ilin ikinci yarısında isə, Nivus modelinin Avropa bazarında debüt gözlənilir. Avropa üçün adaptasiya edilmiş krossover başqa mühərrik çeşidinə malik olacaq və Barselonadakı Seat zavodunda istehsal ediləcəkdir.