Volkswagen şirkətinin Braziliya bölməsinin hazırladığı yığcam Nivus krossoverinin təqdimat tarixi məlum olub. COVID-19 pandemiyası ucbatından bir çox təqdimatlar təxirə salınsa da, alman istehsalçısı qəbul etdiyi planlardan kənara çıxmaq fikrində deyil. Beləliklə, Nivus modeli iki 28 may tarixində onlayn şəkildə təqdim ediləcəkdir.
Volkswagen şirkəti Nivus modelinin 2021-ci ildə Avropanın ərazisində buraxılmasını təşkil edəcəyini də bildirib. İlkin məlumata görə, Nivus gələn ilin yazında Avropada debüt etməlidir.
Volkswagen Nivus modelinin əsasını Polo hetçbekinin inşa edildiyi MQB-A0 modul platforması təşkil edir. Yeni modelin eksteryer və interyer dizaynı VW T-Roc modelinin dizayn üslubundadır. Bununla belə, Nivus modelinin T-Roc krossoverindən bir qədər iri olacağı gözlənilir.
VW Nivus modelinin interyerindəki əsas yenilik, VW şirkətinin Cənubi Amerika bazarı üçün hazırladığı tamamilə yeni multimedia sistemi olacaqdır. VW Play adlandırılmış multimedia sistemi, qadcetlərin inteqrasiyası üçün geniş imkanlara və onlayn xidmətlərə girişə sahib olacaqdır. Bundan başqa, krossover parkinq assistenti, baqaj qapağının elektrikli ötürməsi və start-stop sistemi ilə təchiz ediləcək - bu sistemlərin piktoqramları multimedia sisteminin ekranda aydın görünürlər. Nəhayət, Nivus rəqəmsal cihazlar panelində sahib olacaqdır.
Mühərrik çeşidinə gəldikdə isə, hələlik krossover 115 və 130 at qüvvəsi hasil edən 1.0-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. 115 at qüvvəli mühərrik 6-pilləli mexaniki transmissiya, 130 at qüvvəli variant isə 6-diapazonlu “avtomat” ilə təchiz ediləcəkdir.