Azərbaycan bazarında satılma şanslarına malik olan Volkswagen şirkətinin yeni yığcam krossoveri olan Nivus modelinin təqdimatına saatlar qalıb. Alman şirkətinin Braziliya bölməsi tərəfindən hazırlanmış krossover yerli bazarda, bazasında inşa edildiyi Polo hetçbekini əvəzləytəcəkdir.
Volkswagen şirkətinin yığcam ölçülü T-Cross adlı modelinin olmasına baxmayaraq, Nivus modelinin əsas hədəfi gənc auditoriyadır. Bu gün alman istehsalçısı təqdimatdan öncə, yeni krossoverin son tizerini dərc edib. Buyurub tanış ola bilərsiziniz.
Volkswagen Nivus modelinin əsasını Polo hetçbekinin inşa edildiyi MQB-A0 modul platforması təşkil edir. Yeni modelin eksteryer və interyer dizaynı VW T-Roc modelinin dizayn üslubundadır. Bununla belə, Nivus modelinin T-Roc krossoverindən bir qədər iri olacağı gözlənilir.
Mühərrik çeşidinə gəldikdə isə, hələlik krossover 115 və 130 at qüvvəsi hasil edən 1.0-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. 115 at qüvvəli mühərrik 6-pilləli mexaniki transmissiya, 130 at qüvvəli variant isə 6-diapazonlu “avtomat” ilə təchiz ediləcəkdir.