Volkswagen müəssisələrində fəaliyyət göstərən yeməkxanalar 2025-ci ilə qədər məşhur karrivurst sosiskalarından tamamilə imtina edəcək və vegetarian menyusuna keçəcəkdirlər. Bu ayın sonunda Volfsburqdakı zavodun yeməkxanası ət yeməklərini tərəvəz çeşidləri və badımcan burgerləri ilə əvəzləyəcəkdir. Qeyd etmək gərəkdir ki, son illərin nəticələrinə görə ən çox satılan Volkswagen məhsulu məhz karrivurst sosiskaları olub.

Hələlik qadağa yalnız şirkətin mənizl-qərargahında yerləşən bufetə aid olacaqdır. Markanın baş direktoru bu məsələni Volkswagen şirkətinin baş aşpazı ilə müzakirə edib və onlar daha sağlam vegetarian yeməklərinə üstünlük vermək qərarına gəliblər.

Nominal olaraq, currybockwurst sosiskaları menyudan çıxarılmayacaqlar, onu vegetarian sosiskası ilə əvəz edəcəklər. Konsern rəhbərliyinin qlobal məqsədi menyunun dəyişdirilməsi hesabına işçilərin sağlamlığının yaxşılaşdırılmasıdır - şirkət ət məhsullarının həcmini azaltmaq və tərəvəzdən hazırlanan yeməklərin sayını artırmaq istəyir.

Eyni zamanda, şirkətin əməkdaşları belə dəyişikliklərə kifayət qədər şübhə ilə yanaşırlar. Bu yaxınlarda, Volfsburqda Golf modelinin yığılmasında çalışan əməkdaşlara nahar vaxtı karrivurst sosiskalarının verməsini dayandırıblar. Bundan narazı qalan əməkdaşlar həmkarlar ittifaqına kollektiv şikayət veriblər və bundan sonra sosiska yenidən menyuya qaytarılıb.

Sosiska istehsalının tarixi 1930-cu ildə başlayıb. O zaman, alman istehsalçısı əməkdaşları üçün yemək hazırlamaq qərarına gəlib. Lakin, firma carrywust sosiskası 1973-cü iləd peyda olub. İlk zamanlar sosiskaları əməkdaşlar üçün istehsal etsələr də, sonradan onların zavoddankənar satışlarına başlanıb.

On minlərlə zavod əməkdaşının və yerli əhalinin xoşuna gəlmiş sosiska getdikcə populyarlıq qazảnmağa başlayıb. Nəticədə karrivusrtu bir neçə ölkəyə ixrac etməyə başlayıblar.Firma kolbasaları Volkswagen şirkətinin tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən də, ona hər bir avtoimobil ehtiyat hissəsi kimi kataloq nömrəsi də veriblər - 199 398 500 A. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.