Volkswagen konserni öz brendləri üçün firma tətbiqlər mağazası üzərində işləyir. “The Verge” nəşrinin verdiyi məlumata görə, alman konserni bu mağazanın da daxil olacağı vahid avtomobil proqram platformasını yaratmaq istəyir. O, Volkswagen, Porsche, Audi, Lamborghini və Bentley avtomobillərinin multimedia sisteminə quraşdırılacaq və onun “menyusuna” həm xüsusi hazırlanmış, həm də avtomobil üçün optimallaşdırılmış üçüncü tərəfin proqramları daxil ediləcəkdir.
Volkswagen mağazası müxtəlif kateqoriyalar üzrə geniş çeşiddə proqramlar təklif edəcəkdir: musiqi, hava, videokonfrans, podkastlar, oyunlar, xəbərlər, parkinq, elektromobillər üçün enerji doldurulması, ağıllı evə inteqrasiya və s. Tanınmış tətbiqlərə gəlincə, digərləri ilə yanaşı, ilk növbədə TikTok, Spotify və Yelp, əlçatan olacaqlar. Onların hamısını multimedia sisteminin ekranından aktivləşdirmək üçün optimallaşdıracaqlar.
Mağaza əvvəlcə yalnız ABŞ, Kanada, Meksika və Avropada bir sıra yeni Audi modellərinin sahibləri üçün əlçatan olacaqdır: onlar bu funksiyanı yayda əldə edəcəklər. Daha sonra onu Porsche, Lamborghini və Bentley də daxil olmaqla digər markaların avtomobillərinə də şamil edəcəkdir.
Mövcud olan modellər mağazanı over-the-air (OTA) vasitəsilə “hava” üzərindən yükləyə bilməyəcəklər. Bununla belə, Volkswagen şirkəti tezliklə genişləndirilmiş imkanları olan və Android Automotive əməliyyat sisteminə əsaslanan One.Infotainment adlı yeni məlumat-əyləncə sistemini nümayiş etdirəcəyini bildirib. Tətbiqlər mağazası yaradılmasına 2017-ci ildən Samsung konserninin törəmə müəssisəsi olan Harman şirkəti kömək edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.