İtalyan 77km portalı 2019-cu ildə debüt etmiş Volkswagen Passat universalının sınaqlarını həyata keçirib. Sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən qəfil yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılması olub. Buna başqa adla “Sığır testi” də deyirlər. «Uğursuzluq» dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur.
Testdə 190 at gücü hasil edən 2,0-litrlik dizel mühərriki və DSG «robotu» ilə təchiz edilmiş VW Passat R-Line universalı iştirak edib. Məlum olub ki, avtomobil “sığır testini” yalnız 73 km/saat sürətlə keçə bilir, amma qaz pedalına azca basaraq sürəti 76 km/saata çatdırdıqda universal yoldan çıxır.
Mütəxəssislər burada bir qanunauyğunluğun olduğuna diqqət yetiriblər: iş orasındadır ki, iki il bundan öncə izafi dönmə xarakteristikası ilə bağlı problem Passt modeli ilə eyni platformada inşa edilmiş Arteon modelində də aşkar edilib.
Volkswagen şirkətindən bu məsələyə dair heç bir reaksiya verilməyib.
Mənbə: 77km