Volkswagen şirkəti Atlas krossoverinin modifikasiya çeşidinə “ofroud” versiyasını əlavə edib. Ekstremal Peak Edition seriyasından olan ilk Volkswagen krossoveri Nyu York avtosalonunda nümayiş etdirilib. Ekstremal versiya Atlas (okeanın bu tərəfində Teramont adı ilə tanınan) krossoverinə əsaslanır.

Xüsusi seriyanın ABŞ bazarda uğur qazanacağı təqdirdə, Peak Edition paketi digər krossoverlər üçün də əlçatan olacaqdır. Təkmilləşdirmələr "palçıq" şinlərinin quraşdırılmasından, kuzov dəstinin və dekorun dəyişdirilməsindən ibarətdir.

Volkswagen şirkətinin Şimali Amerikan ofisi Atlas Basecamp konseptlərini bəyənən pərəstişkarlarının maraqlarını nəzərə alıb. Bununla belə, seriya krossoveri o qədər də ekstremal deyil: kuzov dəsti bir qədər dəyişdirilib, üstünlük isə 255/60 R18 ölçülü Continental şinlərinə verilib.

Peak Edition xəttindən olan krossoveri buraxılış sisteminin çıxış borularının fərqli dizaynı, arxa bamperdəki tor, eləcə də orijinal ön bamper sayəsində ayırd etmək olar.Salonda Peak Edition nişanları peyda olub, əsas “fişka” isə narıncı tikişli süni dəri ilə tərtibatdır. Volkswagen nümayəndələri yeniliyi R-Line versiyasının ofroud üçün analoqu kimi səciyyələndirirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Heç bir texniki dəyişiklik elan edilməyib. Atlas Peak Edition krossoverləri yalnız tam ötürmə, lakin adi 2,0-litrlik turbomühərrik (273 at qüvvəsi, 370 Nm) və 8-pilləli “avtomat” ilə təklif olunacaqdır. V6 mühərriki planlaşdırılmış restaylinq zamanı çeşiddən çıxarılıb.

Volkswagen Atlas Peak Edition modelinin qiyməti 2023-cü ilin yayında açıqlanacaqdır. Yəqin ki, yeni versiyanın qiymətini də R-Line top versiyası ilə müqayisə etmək olar, yəni alıcılar oriyentir kimi 50 min dolları götürə bilərlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.