Volkswagen şirkəti 25 aprel tarixində işinə başlayacaq Pekin avtomobil sərgisində yeni hibrid krossoverin prototipini nümayiş etdirməyi planlaşdırır. Artıq alman şirkəti yeni konseptin tizerlərini də dərc etmişdir. Bu məlumat dərc edilən kimi, yeni konseptin hansı modelin carçısı olacağı ətrafında mübahisələrə səbəb olmuşdur. Belə ki, «Car» nəşriınin iddi etdiyinə görə, yeni konsept növbəti nəsil Touareg krossoverinin carçısı olmalıdır. Lakin, daha bir nüfuzlu Britaniya dərgisi olan «Auto Express» dərgisinin ehtimalına görə, yeni avtomobil Tiguan modelinun yeddi yerlik modifikasiyasının dizaynı haqqında xəbər verməlidir.

Almanların dərc etdiyi məlumata əsasən, prototip məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatına malik olacaqdır. Hibrid güc aqreqatının ümumi gücü 380 at qüvvəsi, fırlanma anı isə 700 Nm təşkil edəcəkdir.

Yerindən 100 km/saat həddinə kimi prototip altı saniyəyə sürətlənir və 224 km/saat maksimal sürətə malikdir. Yalnız elektrik mühərrikindən istifadə etməklə krossover 50 kilometr məsafə qət etmək iqtidarındadır.Avomobilin 100 kilometrə sərf etdiyi yanacağın ortalama səviyyəsi 3,0-litrə bərabərdir.

Avtomobil haqqında başqa məlumat verilməsə də, onun qövs formalı bütöv şüşə altında yerləşən cihazlar panelinin və multimedia sisteminin ümumi ekranını alacağı bildirilmişdir.

Image alt Image alt Image alt Image alt