Volkswagen şirkəti Çin bazarında satılan flaqman Phideon sedanını yeniləyib. Yenilənmiş sedan Pekin Avtomobil Sərgisində nümayiş olunub. Model artıq dörd ildir ki Çində satılır, lakin o qədər də populyar deyil: məsələn, keçən il Phideon modeli cəmi 14 min nüsxədə satılıb. Restaylinq modelin vəziyyətini yaxşılaşdırmaq və yeni müştərilər cəlb etmək məqsədini daşıyır.
Eksteryer dizaynındakı dəyişikliklər cüzidir: işıq texnikası yüngül şəkildə modernləşdirilib, bamperlər və radiator barmaqlığı bir qədər dəyişdirilibdir. Ən diqqət çəkən yenilik kontur işıqlandırması olan loqotipdir. Eyni zamanda, interyer dizaynı baxımından Audi A6 sedanı kimi yaxın rəqiblərdən geridə qalır: Phideon modeli nə virtual cihazlar paneli, nə də klimat-kontrolun sensorlu düymələri olan idarəetmə bloku ilə təchiz edilir.
Ancaq flaqman, zəngin əlavə avadanlıq siyahısına malikdir. Modelin təchizatına mini-soyuducu (ikinci sıra oturacaqların arxasına yerləşdirilib), həmçinin havalandırma və masaj funksiyaları olan arxa oturacaqlar daxildir.
Yerli bazarda Phideon sedanı alternativi olmayan 224 at qüvvəli 2,0-litrlik TSI turbomühərriki ilə almaq olar. Güc qurğusu yeddi pilləli DSG "robotu" ilə tandemdə çalışır. Ötürmə - ön oxadır. Əvvəllər model hibrid güc qurğusu ilə təklif edilirdi, lakin populyar olmadığı ondan imtina edilib. Phideon modeli Şanxay yaxınlığındakı SAIC-Volkswagen birgə müəssisəsində istehsal olunur.