Bundan başqa, alman markası gələn il daha bir ofisi Kaliforniyadakı Silikon vadisində, 2021-ci ildə isə Çində açmaq niyyətindədir.

“Volkswagen Autonomy subbrendini avtomobil sanəyesində əldə edilmiş təcrübəni və müasir texnologiyaların yaradılması prosesini birləşdirəcək qlobal şirkətə çevirmək niyyətindəyik. Birgə çalışmalardan istifadə edərək pilotsuz avtomobillərin dəyərini aşağı salmaq istəyirik”, - yeni subbrendin başçısı və konsernin direktorlar şurasının üzvü Aleksandr Hitzinger bəyan edib.

Avtonom texnologiyaları ilk növbədə kommersiya avtomobillərində tətbiq edilməsi planlaşdırılır. Söhbət pilotsuz taksi və yüklərin daşınamsı üçün nəzərdə tutulmuş furqonlardan gedir. Yeni subbrendin rəhbərliyi diqqəti dördüncü səviyyə pilotsuz sistemlərin yaradılması üzərində cəmləməyə üstünlük verib. Bu sistemlər insanın idarəetmə prosesinə minimal müdaxiləsini nəzərdə tutur.