Bu il məşhur Volkswagen Polo modeli 50 illik yubileyini edir. Bu əlamətdar hadisənin şərəfinə xüsusi Polo Edition 50 versiyası hazırlanıb. Yubiley avtomobilini iyulun 12-dən başlayaraq Almaniyada 28,2 min avroya sifariş etmək mümkün olacaq. Xüsusi versiya standart avtomobildən bir sıra dizayn həlləri ilə fərqlənir. Avropada Polo Edition 50 üç varinatda güc aqreqatı ilə təklif olunacaq.

Polo Edition 50 versiyası Style təchizatına malik olan modelə əsaslanır, lakin xüsusi dekorasiyası ilə seçilir: yubiley avtomobili xrom örtüklü pedallara, qara tavana, ətraf işıqlandırmasına və qızdırılan idman oturacaqlarına malikdir.

Təchizata həmçinin dəri ilə işlənmiş sükan, arxa görüntü kamerası, Discover Media multimedia sistemi, hərəkət rejiminin seçilməsi sistemi, təhlükəsizlik sistemləri və elektron köməkçilər dəsti daxildir. Əlavə ödəniş qarşılığında panoram lyuku da sifariş etmək olar.

Avropalılar mövcud olan üç modifikasiyadan birini seçə bilərlər. Birinci modifikasiya 95 at qüvvəli baza mühərriki və mexaniki transmissiya, ikinci versiya “robot” ilə tandemdə çalışan eyni mühərrik, üçüncü versiya isə, 116 at qüvvəli aqreqat və DSG transmissiya ilə təchiz olunur.

Xatırladaq ki, hazırki Volkswagen Polo modeli 2017-ci ilin yayında debüt edib, 2021-ci ildə restaylinqdən keçib. Növbəti genişmiqyaslı yenilənmə 2025-ci ilə planlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəllər Volkswagen şirkətinin Polo modelini təqaüdə göndərməkdən imtina etdiyi məlum olub - yəni sərt Euro-7 ekoloji standartına keçdikdən sonra model çeşiddə qalacaq. Avtomobil istehsalçısı MQB platformasına sərmayə qoymağa davam edəcək, çünki elektromobillərə olan tələb hələ də gözləniləndən aşağıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.