Jetta adı ilə Çində Polo sedanının yaxın qohumu buraxılır. Volkswagen Jetta isə çin bazarında Sagitar adı ilə satılır. Bu günə qədər iki sedan yalnız təchizat xüsusiyyətləri ilə fərqlənirdilər. Lakin, Sagitar modelinin yeni nəsli artıq Jetta modelinin uzunbazalı variantına çevrilib.
Yeni Sagitar modelinin təkər bazası 45 millimetr artaraq 2731 millimetr təşkil edir. Bu avropa bazarında satılan Passat modelində olduğundan 60 millimetr azdır. Uzunluğuna görə isə, Sagitar Passat modelinə bərabərdir 4753 millimetrə qarşı 4767 millimetr. Özü də, kin sedanı yeni Jetta modelindən xırda cizgilərlə fərqlənir. Buna missal olaraq arxa fənərləri göstərmək olar. Eyni zamanda, Sagutar modeli üçün R-Line “idman” modifikasiyası nəzərdə tutulub.
VW Sagitar sedanının mühərrik çeşidinə 150 at qüvvəsi hasil edən 1,4-litrlik TSI mühərriki və 115 at qüvvəli 1,2-litrlik TSI aqreqatı da daxildir. Transmissiyalar – beş mexaniki qutu və ya yedi pilləli DSG “robotudur”. Yeni Volkswage Sagitar modelinin FAW-Volkswagen birgə müəssisəsinində istehsalına start verilib. Yeri gəlmişkən bənzər avtomobil Volkswagen Lavida Plus adı altında Shangai Volkswagen birgə müəssisəsi tərəfindən də buraxılır. Jetta ilə bənzər qabaritlərə malik olan sedan özünəməxsus dizayna və güc aqreqatları çeşidinə malikdir.