Volkswagen şirkəti, Şanxayda keçirilən avtomobil salonunda flaqman modelini Phideon sedanının hibrid güc aqreqatı ilə təchiz edilmiş modifikasiyasını təqdim etmişdir. Phideon GTE adını almış avtomobil alman istehsalçısının Çində istehsal etdiyi ilk hibrid modelidir.
Volkswagen Phideon sedanının qabarit uzunluğu 5,05 metr, eni - 1,87 metr, hündürlüyü isə 1,48 metr təşkil edir. Yeni flaqman Modular Longitudinal Matrix (MLB) platformasında yığılmışdır. Avtomobilin təkərlərarası bazasının uzunluğu üç metrədən çoxdur. Phideon modeli geniş avadanlıqlar siyahısı ilə təchiz edilir ki, bu siyahıya da qapıların yumşaq bağlanması sistemi, havalandırmalı və qızdırılmalı oturacaqlar, pnevmatik asqı, ətrafı uç rəngli işıqlandırma sistemi, proeksiya displeyi, gecə görünüş sistemi, adaptiv kruiz-kontrol (ACC), Apple Carplay, Android Auto, MirrorLink funksiyalarını dəstəkləyən əyləncə məlumat sistemi və səirə daxildir.
Phideon GTE modeli adi sedandan C-şəkilli gündüz hərəkət işıqlarına və təkər disklərinə görə fərqlənir.
Avtomobil tərkibinə 2,0-litrlik benzin turbomühərriki və elektromotor daxil olan və ümumi gücü 245 at qüvvəsi olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibridin 100 kilometrə 2,3 litr yanacaq sərf etdiyi iddia olunur. Onun maksimal yürüş məsafəsi isə 850 kilometrə bərabərdir.
Batareyaların doldurulmasına 2 saat vaxt tələb olunur. Hibrid qurğu üç hərəkət rejiminə malikdir ki, bunlardan da biri tam elektrik rejimidir. Hibrid flaqman modelinin istehsalı SİAC (Shanghai Automotive Industry Corporation) konserninin Şanxaydakı müəssisində aparılacaqdır.