Volkswagen şirkəti «qaynar» Scirocco R modeli üçün nəzərdə tutulmuş Black Style adlı əlavə idman aksessuarları dəstini hazırlamışdır. Yığcam üçqapılı hetçbek qara rəngə boyanmış tavan, nadir 19-düymlük təkər diskləri və arxa görüntü güzgülərinin korpusları ilə fərqlənir. Bu dəstin qiyməti istehsalçı tərəfindən 660 avro məbləğində təyin edilmişdir. «Qara dəbli» dəstini kuzovun əsas rəngləri olan Pure White, Urano Grey, Indium Grey Metallic, Rising Blue Metallic, Pyramic Golf Metallic, Ultra Violet Matallic və Onyx White çalarları ilə uyğunlaşdırmaq mümkündür.

Black Style dəstinin tərkibinə daxil olan 19-düymlük unikal təkər diskləri 235/35 ölçülü şinlərlə təchiz edilir. «Qaynar» Volkswagen Scirocco R modeli 280 at qüvvəsinə malik olan 2,0-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gəlir.

«Qaynar» hetçbeki hərəkətə gətirən güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə komplektləşdirilə bilər.  «Bərkgedən» Volkswagen Scirocco R modeli yerindən 100 kilometr-saat həddinə 5,7 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 240 km/saata bərabərdir. 

Almaniyada «qaynar» VW Scirocco R modelinin satış qiyməti 37300 avrodan başlayır.

Image alt Image alt Image alt