Bildiyimiz kimi, 24 oktyabr tarixində Volkswagen şirkəti səkkizinci nəsil Golf hetçbekini nümayiş etdirəcəkdir. Bu gün alman istehsalçısı yeni hetçbekin son tizerini dərc edib. Tizerdə avtomobilin arxasının bir hissəsi təsvir edilib.
Əslində burada heç bir sürpriz yoxdur – işıq texnikası cari nəsil Golf modelinin arxa fənərinə bənzəyir. Buna baxmayaraq, yeni fənər başqa qrafikaya malik olacaqdır. Hetçbekin baza modelinin arxa işıq texnikasının LED texnologiyasına malik olacağı istisna edilmir. Daha bahalı versiyalar isə hətta dinamik dönmə işıqlarına malik ola bilər.
Bundan başqa, modelin adının baqaj qapağının sol ucundan ortasına birbaşa loqtipin altına köçürüləcəyini də qeyd etmək gərəkdir.