Berlində keçirilmiş TechCrunch Disrupt texnoloji konfransında Volkswagen konserinə məxsus olan Moia startapı birgə istifadə üçün nəzərdə tutulan avtomobili nümayiş etdirib. Bu avtomobilin şəxsi avtomobilləri əvəz edəcəyi və şəhərdəki nəqliyyat axınını ciddi şəkildə ixtisara salacağı ehtimal edilir.
Alman istehsalçısının kommersiya avtomobilləri departamenti və Osnabryukdəki zavodu ilə birlikdə hazırlanmış miniven altı sərnişin üçün nəzərdə tutulub.
Salonda quraşdırılmış oturacaqlar fərdi işıqlandırma və USB-portları ilə təchiz edilib. Bundan başqa, avtomobil Wi-Fi giriş nöqtəsinə də malikdir. Minivenin təchiz edildiyi elektrik güc qurğusunun xarakteristikaları açıqlanmayıb. Elektrominivenin akkumulyatorlarının tutumunun 80 faizini 30 dəqiqə ərzində doldurmaq mümkündür. Onun yürüş məsafəsi isə, 300 kilometrdir.
Tərkibinə raydşərinq xidməti, elektrik venlər və xüsusi mobil əlavə daxil olan Moia “ekosisteminin” sinaqlarına 2018-ci ildə Hamburq şəhərində başlanacadır.