Volkwagen konserninin nümayəndəsi istehsalçının yeni avtomobillərə tökmək üçün benzini Rusiyaya idxal etdiyini bildirib.

Alman istehsalçısının, 10 il ərzində Rusiyada istehsal edilən avtomobillərə ilkin tökülməsi üçün lazım olan yanacağı tapmadığını bildirib. Bu barədə məlumatı «Volkswagen Group Rus» qrupuna daxil olan Kaluqadakı zavodun direktoru Oliver Qryunberq bildirib. Zavod nümayəndəsi göstərilən müddət ərzində istehsalçı Rusiyaya yanacaq idxal etmək məcburiyyətində qalıb. Bu addım yeni mühərriklərin sıradan çıxmaması üçü atılıb. Ümumilikdə, alman istehsalçısı Rusiyaya 7,7 milyon ton benzin idxal edib.

«Bu əsil dəlilik idi! Rusiyaya benzin idxal etmək səhraya qum gətirmək kimi bir şeydir», - Oliver Qryünberq bildirib.  Qryünbeq bir neçə ay bundan öncə zavodun tələblərinə cavab veən benzin istehsalçısının tapdığını da bildirib. Lakin, həmin istehsalçının adını açıqlamayıb.