Volkswagen şirkəti Arteon modelini ailə şəklində buraxmaq niyyətindədir. Bu barədə alman şirkətinin istehsal şöbəsinin rəhbəri Elmar-Marius Liçarza istinadən “Autocar” dərgisi xəbər yaymışdır.
“Biz Arteon modelini ailə şəklində istehsal etmək niyyətindəyik.
Hal-hazırda universal kuzovlu avtomobili hazırlamaq təklifini nəzərdən keçiririk. Bu model təsdiq edilməsə də, onun əla şansları mövcuddur”, - Liçarz bildirmişdir. Arteon modeli bu il keçirilmiş Cenevrə avtosalonunda təqdim edilmişdir. Yeni model Passat CC kimi tanınan Volkswagen CC kupeşəkilli sedanını əvəz etmişdir.
Arteon modeli yeni nəsil Passat modelinin istehsalı üçün istifadə edilən MQB moul platformasında yığılmışdır.
Volkswagen Arteon modelinin qabarit uzunluğu 4862 millimetr, eni - 1871 millimetr, hündürlüyü isə 1427 millimetr təşkil edir. Onun təkər bazasının uzunluğu 2841 millimetrə bərabərdir. Beləliklə, Volkswagen Arteon Passat modelindən 95 millimetr uzun, 39 millimetr enli və 29 millimetr alçaqdır. Yeni modelin təkər bazası da 50 millimetr böyükdür. Arteon modelinin baqaj bölümünün həcmi 563 litr təşkil edir. İkinci cərgənin qatlanması halında bu rəqəm 1557 litrə qədər artırıla bilər.
Arteon modelinin mühərrik çeşidinə üç benzin və üç dizel güc aqreqatı daxil edilmişdir. Benzin aqreqatları 148 at qüvvəli 1,5-litrlik və 188 yaxud 276 at qüvvəli 2,0-litrlik turbomühərriklər təmsil edilirlər. Dizel aqreqatlarını isə, 148,188 və 236 at qüvvəli mühərriklərdən ibarətdirlər. Transmissiya - altı pilləli mexaniki və ya yeddi diapazonlu DSG robotlaşdırılmış ötürmə qutularıdır. Volkswagen Arteon modelinin istehsalı alman konserninin Emdendəki zavodunda aparılır.