Cari model ili Volkswagen Arteon ailəsi üçün sonuncu olacaqdır. Volkswagen şirkətindən “Car and Driver” nəşrinə Arteon modelinin konveyerdəki son aylarını yaşadığını və bundan sonra onun təqaüdə göndəriləcəyini bildiriblər. Modelin buraxılışına cari ilin payızında son veriləcək.

Bu bəyanat avtomobil istehsalçısının antiböhran planı ilə əlaqədar verilib: yeni plan rentabelliyin 6,5% artırılmasını nəzərdə tutur. Bunun üçün, Volkswagen şirkəti Arteon kimi xüsusi mövqeləndirməyə malik olan məhsullardan imtina edərək, bütün diqqətini kütləvi istehsal olunan avtomobillərin buraxılmasına yönəldəcəkdir.

Bundan sonra Volkswagen avtomobilləri yalnız iki arxitekturada - MQB və MEB modul platformalarında istehsal edəcək. Populyar olmayan avtomobillərdən imtina edilməsi səbəbindən model xətti nəzərəçarpacaq dərəcədə seyrələcək, həmçinin kütləvi avtomobillərin modifikasiya və komplektasiyalarının sayı azaldılacaqdır. Gözlənildiyi kimi, Arteon liftbek və unversalı ixtisara düşən ilk modellər olacaq və bu hadisə 2023-cü ildə baş verəcəkdir. Payızda model alman markasının model çeşidindən tamamilə yox olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.