Bu günlərdə Volkswagen şirkəti yenilənmiş əfsanəvi Beetle ailəsini təqdim etmişdir. Hetççbek və kabriolet kuzovlu Beetle avtomobilləri yenidən işlənmiş zahiri görkəmə, genişləndirilmiş avadanlıq siyahısına və cüzi olaraq dəyişmiş interyerə sahib olmuşdurlar. Modifikasiyasından asılı olaraq «Böcək» modelləri müxtəlif ön bamperlə təklif ediləcəkdir. Bildiyimiz kimi, hal-hazırda Volkswagen Beetle modellərini Basic, Design Line və R-Line variantlarında əldə etmək mümkündür.
Bundan başqa avtomobil, tündləşdirilmiş arxa fənərləri və 17-18 düymlük təkər disklərini, kuzovun əlavə iki rənglini - yaşıl Bottle Green Metallic və ağ White Silver Metallic çalarlarını əldə etmişdir. Design Line və R-Line modifikasiyaları yenilənmiş cihazlar paneli, işıqlandırmanın artırılmış parlaqlığı, həmçinin, interyerin iki yeni tərtibat növü və kabriolet kuzovlu avtomobillərin interyer və yumşaq damının fərqli üslubu olan staylinq dəstləri ilə təchiz edilirlər.
Belə ki, Denim dəstini əldə etmiş VW Beetle kabrioleti mavi rəngə boyanır, xrom qapaqları olan 17-düymlük disklərlə və cins parçasını xatırladan yumşaq tavanla təchiz edilir. Bundan başqa, Exclusive və Allstar dəstləri də mövcuddur ki, birinci dəst avtomobilin salonunun dəri ilə örtülməsini nəzərdə tutur.
VW Beetle modelinin mühərrik çeşidi dəyişilməz qalmışdır. «Böcək»nəvvəlki kimi, gücü 105 - 220 at qüvvəsi arasında dəyişən benzin və dizel mühərrikləri ilə təklif edilir. Avropada ketçbek kuzovlu avtomobillərin qiyməti 18,3 min avrodan, kabrioletlərin isə 22,8 min avrodan başlayir