Elektromobil ikimühərrikli tam ötürmə sistemini, güc qurğusunun, sükan idarəetməsinin və əyləclərin unikal sazlanmalarını, həmçinin xüsusi eksteryer və interyer dekorunu alacaqdır. ID.7 GTX modelinin təqdimatı sentyabrın əvvəlində Münhendə keçiriləcək IAA Mobility sərgisində baş tutacaqdır.
“Bərkgedən” Volkswagen ID.7 GTX modeli prinsipcə ID.5 GTX modelinin liftbək kuzovundakı analoqu olacaqdır. “Bərkgedən” versiya adi ID.7 modelindən parlaq qara “idman” dekoru, standart qara damı, tündləşdirilmiş şüşələri və salondakı qırmızı tikişlər ilə fərqlənəcəkdir. “Bərkgedən” liftbəkin ikimühərrikli güc qurğusu ayrı-ayrı rejimlər arasında daha aydın fərq əldə etməyə imkan verən xüsusi sazlamalara malik olacaqdır.
Xatırladaq ki, ID.5 GTX modelinin güc qurğusu 299 at qüvvəsi və 460 Nm fırlanma anına malikdir, lakin ID.7 GTX daha güclü ola bilər. Fakt ondadır ki, liftbek 286 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən yeni APP550 elektrik modulunu alan ilk elektromobil olub. Artım, çoxlu sayda böyük kəsikli sarğısı olan stator, daha güclü rotor maqniti, gücləndirilmiş ötürmə və yüksək fazalı cərəyanları verən inventor sayəsində təmin edilib.
GTX prefiksli “yeddilik” 2021-ci ilin mayında nümayiş etdirilən ID.X prototipi qədər güclü ola bilər. O, həmçinin tam ötürməni təmin edən ikimühərrikli güc qurğusuna malik idi. Lakin bu qurğu 333 at qüvvəsi hasil edirdi. Eyni rəqəm Volkswagen Golf R hetçbekinin növbəti xüsusi versiyası üçün bəyan edilib. Bundan başqa, keçən il təqdim olunan Golf R 20 Years yubiley hetçbekinin turbomühərriki də eyni gücə malik idi.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.