Volkswagen şirkəti ID.7 elektrik sedanının ilk şəkillərini dərc edib. O, MEB modul platformasında inşa olunacaq, tamamlanmış reallığı olan proyeksiya ekranını və ağıllı klimat-kontrol sistemini alacaq, habelə enerji doldurmadan 700 kilometr məsafə qət edə biləcəkdir. Elektromobilin xüsusi olaraq parlaq luminesent kamuflyajına boyanıb. Kamuflyajın parıltısı onun 22 hissəsinin hər biri üçün ayrıca idarə oluna bilər.

Volkswagen ID.7 sedanı ID. Aero konseptinin seriya versiyasıdır və alman markasının daha yüksək qiymət seqmentində yer tutmaq cəhdidir. Elektromobil üçün yeni keyfiyyət səviyyəsi və yüksək texnologiyalar vəd edilib. Bu texnologiyaların arasında qrafik interfeysin yeni konsepsiyası, tamamlanmış reallıqlı proyeksiya displeyi, işıqlanan sensorlu slayderlər və ağıllı iqlimə nəzarəti (sürücü və sərnişinlərin avtomatik tanınması, səslə idarəetmə) var.

Bütün ID ailəsi kimi, "yeddi" də MEB modul arxitekturasına əsaslanır. Sedan təqribən üç metrlik təkər bazasına (BMW 7 Series (G11) sedanında olduğundan cəmi 10 santimetr qısa), geniş salona və aerodinamik cəhətdən optimallaşdırılmış ön tərəfə və dam formasına malik olacaqdır. İlkin hesablamalara görə, ID.7 modelinin WLTP dövrünə əsasən yürüş məsafəsi təxminən 700 kilometr təşkil edəcəkdir.

Elektromobilin ictimai debütü Las-Veqasda keçiriləcək İstehlak elektronikası sərgisində (CES) baş tutacaqdır. Amma hələlik avtomobil kamuflyaj altında gizlədilib və bu adi örtük deyil, 40 keçirici və izolyasiya təbəqəsindən ibarət olan boyadır. Elektroluminesens mexanizmindən istifadə edərək, kuzovun 22 hissəsini ayrı-ayrılıqda işıqlandırmaq mümkündür. Onlar audio sistem ilə birləşdirilərsə, o zaman avtomobil musiqinin ritminə uyğun olaraq işıqlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen şirkəti ID.3 hetçbekinin 2020-ci ildə təqdim edilməsindən bu günə qədər ID.4, ID.5, ID.6 və ID.Buzz modelləri də daxil olmaqla, yarım milyon ID elektromobili satıb. ID.7 sedanı ID.4 modelindən sonra MEB platformasına əsaslanan ikinci qlobal model olacaq və üç əsas bazarda - Avropa, Amerika və Çində satılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.