Bir neçə ildən sonra, Volkswagen markasının model çeşidində, populyarlığını itirən Golf hetçbekinin yerini oxşar formata malik olan elektromobil tutmalıdır. Onun müjdəçisi ilin əvvəlində nümayiş etdirilmiş Volkswagen ID. 2all konsepti olub. Seriya avtomobili üzərindəki çalışmalar tam sürətlə davam etdirilir və yeni ailədə GTI indeksli "qaynar" hetçbek üçün də yer tapılıb: şirkət Münhendə keçirilən IAA 2023 avtomobil sərgisi üçün iki Volkswagen ID GTI konseptini hazırlayıb.

Bəs GTX indeksi? Həqiqətən də, iki il əvvəl Volkswagen drayver elektromobilləri üçün məhz belə bir indeksi seçmişdi. Lakin GTX indeksini yalnız ikimühərrikli tamötürməli modellərin daşıyacağı məlum olub: artıq ID.3 GTX hetçbeki və ID. Buzz GTX miniveni yoldadır. GTI indeksi isə ön ötürməli daha sadə elektromobillər üçün saxlanılıb. Alman istehsalçısı indi bu indeksi “Grand Tourismo Intelligence” kimi açıqlayır, çünki “Injection” sözü artıq aktuallığını itirib.

Tərtibatçılar GTI versiyasının ilkin olaraq layihəyə daxil edildiyini bildiriblər. Belə ki, hətta baza ID. 2all konsepti gələcək təkmilləşdirmələr nəzərə alınmaqla yaradılmışdı. Konsept ön oxda bir elektrik mühərriki və yarı müstəqil arxa asqısı olan sadələşdirilmiş MEB Entry platformasına əsaslanır. Mühərrikin parametrləri hələlik göstərilməyib, lakin onun güc ən azı 250 at qüvvəsi olmalıdır. 100 km/saata  sürətlənmə isə yeddi saniyə ətrafında olmalıdır. GTI versiyasının xüsusiyyətlərindən biri elektron idarə olunan differensial və hərəkət elektronikasının xüsusi rejimləri olmalıdır.

Volkswagen ID. GTI modeli ID.2all konseptindən inkişaf etdirilmiş kuzov dəsti və GTI üslubunda xarakterik dekoru ilə fərqlənir. Məsələn, bu, ön tərəfdəki qırmızı zolaq və kuzovun qara dekorudur. “Qaynar” hetçbekin uzunluğu 4104 millimetr (+54 millimetr), hündürlüyü isə 1499 millimetrdir (- 31 millimetr). Təkər bazası - 2600 millimetrdir. Təkər disklərinin ölçüsü 20 düymdür.

GTI konseptinin interyeri hələlik hazır deyil, ona görə də yalnız eskizlərdə göstərilib. Burada ötürmə qutusunun dəstəyi yoxdur, ona görə də qolf topu formasında dəstək başlığına yer tapılmayıb. Ancaq mərkəzi şaybanın və fırlanan barabanların kənarı topdakı kimi eyni büzməli səthə malikdir. Virtual cihazlar panelinin rejimləri arasında (10,9 düymlük ekran) ikinci nəsil Golf GTI hetçbekinin şkalalarının imitasiyası olacaq. Həcmi 490-1330 litr olan baqaj bölümü də yerini qoruyacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID. 2all konseptinin seriya versiyası 2025-ci ildə işıq üzü görəcək və onun adının ID.Golf olacağı istisna edilmir. Güclü GTI versiyası isə 2026-cı ildə təqdim olunacaq. Onun 2027-ci ildə bazara çıxması gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.