Volkswagen şirkəti növbəti “bərkgedən” Golf modelinə bənzəyən sirli modelin silueti göstərilən tizeri yayımlayıb. Şəkil “2022-ci ilin fevralında NFT (Notably Fast Transporter) buraxırıq” yazısı ilə müşayiət olunur. Volkswagen, adətən məşhur qarşılıqlı əvəzlənməyən NFT (non-fungible token) tokenlərinə aid edilən abreviaturanı hallandırır, eyni zamanda onu özünəməxsus şəkildə deşifrə edərək “xüsusi sürətli avtomobili” vəd edir.

Təsvirdə Transporter sözünün olmasına baxmayaraq, bu, çətin ki, minivenin ekstremal versiyasıdır. Yəqin ki, burada bu söz sadəcə nəqliyyat vasitəsi mənasını kəsb edir və tizeri daha sirli etmək üçün istifadə olunub. Eyni zamanda, o alman istehsalçısına lazım olan NFT abbreviaturasını formalaşdırır. Bununla belə, “bərkgedən” Golf ailəsinə növbəti əlavə bir sıra suallar doğurur, çünki populyar hetçbekin artıq Avropada GTD və GTE versiyaları, həmçinin GTI, GTI Clubsport və R indeksli ən güclü modifikasiyası var.

Ola bilsin ki, tam ötürməli Golf R modeli xüsusi asqı tənizmləmələri və daha da böyük güclü mühərriki olan ekstremal versiyanı əldə edəcəkdir – yeri gəlmişkən, bir il əvvəl insayderlər tərəfindən sızdırılmış sənədlər göstərmişdi. Bununla belə, yenilik ya rəqəmsal model və ya şəkilləri NFT-yə çevrilən şou avtomobili ola bilər. Belə üsuldan artıq BMW də daxil olmaqla müxtəlif istehsalçılar istifadə ediblər.

İstənilən halda, yeni Volkswagen modeli çox yaxında - 2022-ci ilin fevralında debüt edəcəkdir. Üstəlik bu model, alman brendinin bu il təqdim edəcəyi ilk yenilik olmayacaqdır. Bu həftə alman konserninin Çin bölməsi sedandan liftbekə çevrilmiş, habelə geniş “təbəssümlü” radiator barmaqlığı və çərçivəsiz qapıları olan, lakin digər Volkswagen modellərinə bənzəməyən ikinci nəsil Lamando L modelini nümayiş etdirib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.