Volkswagen R-in idman bölməsinin rəhbəri Yost Kapito, şirkətin gələcək R-modelləri haqqında ətraflı məlumat verib. Top menecer, Volkswagen şirkətinin "bərkgedən" model xəttinin genişlənməsinə baxmayaraq, R bölməsindən yüksək məhsuldarlıqlı subkompaktları gözləməyin əbəs olduğunu bildirib. O, bu xəttdə ən yığcam modelin Golf R hetçbekinin olacağını qeyd edib.

Kapito Car Throttle nəşrinə verdiyi müsahibədə alıcıların marağına baxmayaraq, şirkətin Polo R modelini hazırlamaq qərarına gələ bilmədiyini bildirib. O, Polo modelini idman avtomobilinə çevirməyin böyük xərc tələb etdiyini və yüksək qiymət ucbatından "bərkgedən" modelə tələbatın az olacağını qeyd edib. Bundan əlavə, Polo modelinin bazasında inşa ediləcək «bərkgedən" hetçbek alıcıları subbrendin bestselleri olan VW Golf R modelindən uzaqlaşdıra bilər.

Eyni zamanda, yeni "bərkgedən" modellərin digər seqmentlərdə də debüt etməsi mümkündür - Kapito Arteon modelinin R-versiyasının gündəmdə qaldığını açıqlasa da, "bərkgedən" kupeşəkilli sedanın təqdimatını yaxın zamanlarda keçirilməyəcəyini də qeyd edib. Volkswagen R bölməsinin hazırladığı növbəti yenilik Golf R hetçbeki olacaqdır - onun təqdimatının yay aylarında keçirilməsi planlaşdırılır.

Volkswagen Polo modelinin R-versiyasından imtina edilməsi, hetçbek və sedanların idman notlarından tamamilə məhrum olacağı anlamına gəlmir. Məsələn, bu ailə Braziliyada təklif edilən GTS versiyasına bənzər modellərlə genişləndirilə bilər.

Son bir ildə Volkswagen R subbrendinin çeşidi iki krossover - yığcam T-Roc R və flaqman Touareg R hibrid modelləri ilə zənginləşib.