Volkswagen şirkəti rəsmi olaraq ortaölçülü crossover olan Atlas modelini təqdim etmişdir. İlk növbədə Şimali Amerika bazarı üçün hazırlanmış olan Volkswagen Atlas modeli 27 oktyabr tarixində Los-Anjelesdə təqdim olunmuşdur.

Artıq məlumat verdiyimiz kimi, Atlas modeli MQB modul platformasının uzadılmış variantının əsasında yığılmışdır. Bu platformadan alman istehsalçısının öndən çəkişli modellərinin və Tiguan krossoverinin istehsalında istifadə edilir. Bundan başqa, MQB platforması yeddi yerli Şkoda Kodiaq modelinin də əsasını təşkil edir. Bununla belə, Atlas modelini Kodiaq krossoverinin surəti adlandırmaq olmaz: Kodiaq modelinin uzunluğu 4697 millimetr olduğu halda, Atlas modeli beş metrdən artıq uzunluğa malikdir. Volkswagen Atlas modeli 238 at qüvvəli 2,0-litrlik dörd silindirli turbomühərrik və 280 at qüvvəli 3,6-litrlik V6 mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatları alternativsiz olaraq səkkiz pilləli “avtomat”la təchiz ediləcəkdirlər. Standart olaraq avtomobil öndən çəkişli olacaqdır. Beşinci nəsil Hldex muftası olan tam çəkiş sistemi yalnız altısilindirli mühərriklə təchiz edilmiş variant üçün əlçətandır.

Avtomobilin salonunda tamamilə rəqəmsal cihazlar panelini, Apple CarPlay, Andriod Auto və MirrorLink əlavələrini dəstəkləyən və tamamilə sensorlar tərəfindən idarə edilən yeni multimedia sistemini görmək olar. Bundan başqa, Atlas modeli  zolaqlara və kor zonalara nəzarət sistemi, adaptiv kruiz-kontrol və təcili əylənmə sistemi, avtomatik parketmə sistemi ilə təchiz edilir. Avtomobilin təchizatına işıqdiodlrından hazırlanmış ön fənərlər daxildir.  Arxa işıqdiodlarından hazırlanmış fənərləri əlavə ödəniş etməklə sifariş etmək olar. Avtomobilin oturacaqlarının üçüncü sırası mexaniki üsulla qatlanır. İkinci cərgə isə irəli-geri hərəkət edir və üçüncü cərgəyə keçmək üçün qatlanır. Üçüncü cərgənin sərnişinlərinin fərdi stəkanaltıları və 12 voltluq rozetkası vardır. Yeni avtomobilin istehsalı alman şirkətinin şimaliamerikan zavodunda yerləşdiriləcəkdir. Sonradan avtomobilin Çin bazarı üçün nəzərdə tutulmuş variantı təqdim ediləcəkdir. Atlas modelinin Avropa satışları nəzərdə tutulmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt