Volkswagen şirkəti yığcam T-Cross krossoverinin debüt tarixini müəyyən edib. Yeni modeli 25 oktyabr tarixində təqdim ediləcək. Onun kütləvi təqdimat mərasimi isə, noyabrın əvvəlində San-Pauluda (Braziliya) keçiriləcək avtosalonda baş tutacaqdır.
Yeni krossover uzunluğuna görə tənzimlənən arxa oturacaqlara, elektron cihazlar panelinə, smartfonların naqilsiz doldurulması sisteminə, 300 vattlıq Beats sisteminə, səkkiz düymlük ekranı olan multimedia kompleksinə, dörd USB portuna və 18-düymülk təkər disklərinə sahib olacaqdır.
T-Cross modelinin mühərrik çeşidinə 95 və 115 at qüvvəli 1,0-litrlik üçsilindrli aqreqatlar, 150 at qüvvəli 1,5-litrlik benzin mühərriki və 95 at qüvvəsi (250Nm) hasil edən dizel mühərriki daxildir. Transmissiyalar - beş və altı pilləli mexaniki və iki muftalı robotlaşdırılmış qutulardır.