Volkswagen şirkəti yeni T-Cross modelini bir neçə gündən sonra təqdim edəcəkdir. Yeni krossoverin debüt tarixi yaxınlaşdıqca istehsalçı tizerlərin dərc edilməsini intensivləşdirəcəkdir. Bu gün də alman istehsalçısı yeni videotizeri dərc edib.
Yeni videotizerdə alman şirkəti krossoverin eksteryer və interyer elementlərini nümayiş etdirib. Videoçarxda T-Cross modelinin ön və arxa işıq texnikasını, həmçinin cihazlar panelini və oturacaqlarını da görmək mümkündür.
Yeni krossover uzunluğuna görə tənzimlənən arxa oturacaqlara, elektron cihazlar panelinə, smartfonların naqilsiz doldurulması sisteminə, 300 vattlıq Beats sisteminə, səkkiz düymlük ekranı olan multimedia kompleksinə, dörd USB portuna və 18-düymülk təkər disklərinə sahib olacaqdır.
T-Cross modelinin mühərrik çeşidinə 95 və 115 at qüvvəli 1,0-litrlik üçsilindrli aqreqatlar, 150 at qüvvəli 1,5-litrlik benzin mühərriki və 95 at qüvvəsi (250Nm) hasil edən dizel mühərriki daxildir. Transmissiyalar - beş və altı pilləli mexaniki və iki muftalı robotlaşdırılmış qutulardır.