Alman universallarının pərəştişkarları bayram edə bilərlər – səkkizinci nəsil Volkswagen Golf modelinin universal kuzovundan məhrum ediləcəyi barədə gəzən şayiələr təsdiqini tapmayıb. Casuslar yeni Golf Variant (onu hərdən SportWagon da adlandırılar) modelinin buraxılacağını sübut ediblər – bu günlərdə onlar universal kuzovlu Golf modelini kamuflyajsız yaxalamağa müvəffəq olublar.

Doğrudur, universalın xarici görkəmi haqqında mülahizə yürütmək bir qədər çətin olacaq – alman istehsalçısı Golf Variant modelinin arxa hissəsinə onun dizaynını gizlədən saxta əlavə vurub. Hətta, arxa işıq texnikasını da əvvəlki nəslin fənərlərinə oxşatmaq üçün xüsusi örtüklə bağlayıblar.  Bununla belə, güclü mailliyə malik olan arxa dayaqlar və dam xətti sayəsində universal daha dinamik silueti ilə fərqlənir.

Image alt Image alt Image alt Image alt

Yeni universalın sələfindən daha tutumlu olacağında şübhə etməmək olar. Yeddinci nəsil Golf universalı 4560 millimetrlik uzunluğa, həmçinin həcmi 605-1620 litr arasında dəyişən baqaj bölümünə malik idi. Lakin, alman istehsalçısının bu növ kuzovla yeni eksperimetləri həyata keçirmək həvəsinin olduğu sual altındadır – “yolsuzluq”  üçün nəzərdə tutlmuş Golf Alltrack və “bərkgedən” 333 at qüvvəli Golf R Variant modellərinin buraxılacağını təsdiq edən məlumatlar yoxdur. Ətraflı məlumatın Golf Variant modelinin payızda planlaşdırılan debütü zamanı veriləcəyini istisna etmək olmaz.

Məlum olduğu kimi, alman istehsalçısı yaxın zamanlarda Golf GTI TCR “trek” versiyasını və tamötürməli “bərkgedən” Golf R hetçbeklərini təqdim etməyə hazırlaşır.