Volkswagen şirkətinin Çinin bahalı minivenlər seqmentinə müdaxiləsi uğursuzluqla nəticələnib. Belə avtomobillər Səma İmperiyasında təkcə ailə avtomobili kimi deyil, həm də rahat biznes-şattlar kimi populyardır.
Uzun müddətdir ki, bu sinifin mütləq lideri, keçən ilk 170 min nüsxədə satılmış Buick GL8 minivenidir. Ən maraqlısı odur ki, Volkswagen miniveni hətta Honda Odyssey (48 min) modelini belə üstələyə bilməyib. 2020-ci debüt ilində Viloran miniveni 21,5 min alıcısını tapsa da, keçən il bu göstərici iki dəfə azalaraq 11 min olub.
Volkswagen satışları dirçəlymək üçün, öz miniveninin operativ şəkildə yenilənməsini həyata keçirib. Yenilənmiş minivenin prototipi keçən ilin payızında Quançjouda keçirilmiş avtosalonda nümayiş etdirilmişdi, lakin hazır minivenlər yalnız indi diler mərkəzlərinə daxil olamağa başlayıblar. Yenilənmiş Volkswagen Viloran modelinə sifarişi 160 dollar məbləğində beh ödəməklə rəsmiləşdirmək mümkündür.
Zahiri cəhətdən Viloran miniveni dəyişməyib. Salonun arxa hissəsində də yenilik yoxdur – ikinci cərgədə əvvəlki kimi iki fərdi kreslo (bahalı versiyalarda elektrik ötürməsi ilə), üçüncüdə isə üçyerli divan quraşdırılır. Bununla belə, Viloran miniveni MQB platformasında inşa edilmiş modellərin üslubunda yeni ön panelə sahib olub. Belə arxitekturadan yerli Teramont krossoveri də daxil olmaqla, Çində buraxılan əksər modellərdə istifadə olunur.
Mediasistemin ekranı daha iri olub və ön panelin üstündə quraşdırılır, havalandırma sisteminin mərkəzi deflektorları isə, şaquli deyil üfüqi formaya sahib olublar. Yan deflektorlar hava axınını fərdi şəkildə tənzimlənməyə imkan verən iki səviyyəyə malikdirlər. Bundan başqa, salonda tranmsissiyanın kiçik coystikini və klimat-kontrolun nazik sensorlu idarəetmə panelini görmək olar.
Əsas tənizmləmələr isə multimedia sisteminin ekranı vasitəsi ilə həyata keçirilir. İşıq cıhazlarının idarəetmə pultu da sensorlu olub. Yeni cihazlar paneli yan tərəfdəki ikinci dərəcəli şkalalardan məhrum edilib. Nəhayət, salon tərtibatı daha zəngib olub, ön panelə isə yumşaq işləmələr əlavə edilib.
Texniki hissədə dəyişiklik baş verməyib. Volkswagen Viloran modeli 186 və 220 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Bütün versiyalar 7-pilləli DSG “robotuna” və ön ötürmə malikdirlər. SAIC Volkswagen birgə müəssisəsinin istehsal etdiyi minivenlərin kütləvi satışına mart ayında başlanacaqdır. Miniven Çində 45 min dollardan başlayan qiymətlərlə satılır. Viloran əvvəlki kimi digər ölkələrə ixrac edilməyəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.