Volkswagen şirkəti güc aqreqatları üzrə Vyanada keçirilən simpozumda EA211 TSİ silsiləsindən olan və «evo» indeksini almış yeni mühərrikləri təqdim etmişdir. Güc aqreqatı dəyişən həndəsəli turbina ilə təchiz edilmiş və artıq Miller dövrü üzrə işləyir. Yeni güc aqreqatı 1,5-litrlik dörd silindirli benzin mühərrikidir ki, bu turbomühərrik də iki modifikasiyada - 130 və 150 at qüvvəsi variantlarında təklif ediləcəkdir. 130 at qüvvəli mühərrikin fırlanma anı 200 Nm bərabərdir ki, bu fırlanma anı da artıq 1300 dövr/dıqiqədən başlayaraq 4500 dövr/dəqiqəyə kimi əlçatandır.
Müqayisə üçün xatırlaraq ki, hazırda mövcud olan 125 at qüvvəli 1,4-litrlik TSİ mühərriki eyni 200 Nm fırlanma anını 1400-4000 dövr/dəqiqədə təklif edir. İstehsalçı yeni mühərrikin dəqiq xarakteristikaları açıqlamasa da, onun sələfindən 10 faiz daha qənaətçil olduğunu bildirmişdir. Xatırladaq ki, 1,4-litrlik turbomühərrik və mexaniki sürətlər qutusu ilə təchiz edilmiş Volkswagen Golf modeli qarışıq dövrdə yüz kilometrə 5,2 litr yanacaq sərf edirdi.
Miller dövrünün əsas xüsusiyyətlərindən biri iş taktının müxtəlif uzunluqda olmasının mümkünlüyüdür. Belə ki, adi mühərriklərdə olduğundan fərqli olaraq, Miller dövrü ilə işləyən mühərriklərdə buraxılış qapağını sıxılma dövrünün başlanmasının əvvəllinə kimi açıq saxlamaq mümkündür. Yeni mühərrikin sıxılma əmsalı 12,5:1 qədər artırılmış, silindr blokunun başlığı tamamilə dəyişdirilərək 360 bar təzyiqə malik olan yanacağın birbaşa çiləmə sistemi quraşdırılmışdır.
Yeni mühərrikin Volkswagen şirkətinin avtomobillərində quraşdırılmasına bu ilin sonlarında başlanacaqdır.