Volkswagen Atlas krossoveri (Amerika və Kanadadan kənarda Teramont adı ilə satılır) 2017-ci ildən istehsal olunur. Model əsasən ABŞ üçün hazırlanıb və orada seqmentin ilk cərgəsindədir. Cari yeniləmə modelin mövqeyini gücləndirmək üçün nəzərdə tutulub.

Yenilənmə həm yeddi yerlik Atlas, həm də beş yerlik Atlas Cross Sport modelinə təsir göstərib. Hər iki krossover böyüdülmüş radiator barmaqlığını, adaptiv fənərləri və baza versyasından başqa bütün versiyalarda standart olaraq quraşdırılan biirləşdirilmş arxa fənərlər, eləcə də damı vizual olaraq uzadan və siluetə cəldlik verən daha böyük spoyleri əldə edib.

Kross-kupe isə parlaq qara dekoru və aqressiv diffuzoru ilə seçilir. Təkər disklərinin diametri 18 ilə 20 düym arasındadır. R-line versiyalarında 21-düymlük təkər diskləri quraşdırılır. Salon bundan sonra, necə deyərlər, premium tərtibatı ilə seçilsə də, Çində satılan Teramont modelinə oxşardır.

Ön panel və mərkəzi konsol dəri ilə örtülüb. Top versiyaların oturacaqları rombşəkilli naxışı olaan sırıqlı əsl dəri ilə üzlənir. Qızdırılan sükan, ön oturacaqların havalandırılması, Climatronic klimat-kontrolu və səslə idarəetmə artıq standart avadanlıqlaar siyahısına daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Həmçinin, bütün Atlas modelləri 12-düymlük mərkəzi displey və fərdiləşdirilə bilən 10,25-düymlük Volkswagen Digital Cockpit Pro rəqəmsal cihazlar paneli ilə gəlirlər. Qadcetlərin simsiz doldurması sistemi və 8 ədəd USB-C portu var.

Üstəlik, zolaqda saxlama və məsafəyə nəzarət funksiyası olan IQ.Drive təhlükəsizlik sistemləri dəsti də nəzərdə tutulub. Ayrı-ayrılıqda, proqnozlaşdırıcı alqoritmi olan adaptiv kruiz kontrolu və proyeksiya displeyini sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altındakı yenilik hasilatı 273 at qüvvəsi və 370 Nm fırlanma anına yüksəldilmiş dördsilindrli turbomühərrikdir. 3,6-litrlik VR6 (280 at qüvvəsi, 361 Nm) mühərrikindən imtina edilib, buna görə də dördsilindrli mühərrik Atlas üçün yeganə seçimdir. Transmissiya səkkiz pilləli avtomatik ötürmələr qutusudur. Ötürmə - ön və ya tam ola bilər.

Yenilənmiş krossoverlərin satışları 2023-cü ilin üçüncü rübündə başlanacaqdır. Satışların başlanılmasına yaxın zamanda, istisnasız olaraq bütün versiyaların qiymətləri və xüsusiyyətləri açıqlanacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.