Alman markasının 1,13 milyon nüsxəlik tirajla satılmış ən məşhur ofrouderlərindən biri genişmiqyaslı restaylinqdən keçib. Modelin eksteryer və interyer dizaynına yenidən baxılıb, işıqlanan zolağı olan yeni “işıq imzası” quraşdırılmış radiator barmaqlığına, həmçinin işıqlanan arxa emblemə sahib olub. Belə dizayn elementi Avropada yalnız bu ilin yanvarında qanuniləşdirilib.

Zahiri cəhətdən yenilənmiş Touareg krossoveri restaylinqdən əvvəlki modeldən yeni dizaynlı bamperləri, habelə başqa arxa fənərləri və radiator barmaqlığını dəyişdirmiş işıqlı zolaq ilə fərqlənir.

Bu dəyişikliklər avtomobilə daha idmansayağı və dinamik görünüş bəxş edib. Baqaj qapağındakı qırmızı rənglə işıqlandırılan emblemə gəldikdə isə o, baza versiyasından başqa, Touareg modelinin bütün versiyalarında quraşdırılacaqdır.

2024-cü model ilinin Volkswagen Touareg ofrouderinin optikasına xüsusi diqqət yetirilib. Krossover birinci olaraq hər biri üç moduldan ibarət olan yüksək dəqiqlikli matrisalı LED fənərləriniı əldə edib.

Şirkət özü  bu sistemin "dünyanın ən yaxşı işıqlandırma sistemlərindən biri" olduğu iddia edir. 38 mindən çox interaktiv işıq diodları "işıq xalçasını” dəqiq şəkildə hərəkət zolağına proyeksiya edir və yolu sələfindən daha yaxşı işıqlandırır. Yaxın gələcəkdə brendin digər krossoverlərin də belə fənərlər peyda olacaqlar.

Başqa bir nou-hau damın yüklənməsini ölçən sensordur. O, məsələn, damda qutunun olub-olmamasından asılı olaraq, sabitləşdirmə sisteminin aktivləşmə həddini və müdaxilə dərəcəsini dəyişdirməyə imkan verən köməkçi elektronika ilə bir şəbəkədə birləşdirilib.

Touareg modelinin yardımçı sistemləri arasında 360 dərəcəlik baxış sistemi (avtomobil yuxarıdan multimedia sisteminin ekranında göstərilir ki, bu da manevr etməyi asanlaşdırır), tətbiq vasitəsilə məsafədən parketməni təmin edən parkinq köməkçisi, qoşqu ilə hərəkət assistenti və gecə görmə sistemi var.

İnteryerdə virtual cihazlar paneli və multimedia sisteminin böyük ekranı var ki, bunlar da birlikdə vahid rəqəmsal kokpiti təşkil edir. Bundan başqa, təkmilləşdirilmiş səslə idarəetmə sistemi, yüksək icazəli xəritələri olan naviqasiya, səs səviyyəsinin tənzimlənməsinin təkmilləşdirilmiş düymələri və 45 voltluq doldurma gücünə (əvvəllər 15 volt) malik olan yeni USB-C konnektorlarından bəhs edilir.

Opsiyalar siyahısında Dynaudio səs sistemi, proyeksiya ekranı və 21-düymlük təkər diskləri var.

2024-cü model ilinin Touareg krossoveri benzin, dizel və hibrid versiyalarda təklif ediləcəkdir. Ümumilikdə beş versiya olacaqdır. Benzin modifikasiyalar yalnız 340 at qüvvəli 3,0-litrlik "turboaltılıq" ilə təchiz ediləcəklər. Dizel krossoverləri isə, 231 və 286 at qüvvəsi hasil edən 3,0-litrlik turbodizellər ilə təklif olunacaqlar.

Hibrid krossoverləri isə, 381 və 462 at qüvvəsi hasil edən benzin-elektrik güc qurğularına (benzin V6 və elektrik mühərriki) malik olacaqlar. Versiyadan asılı olmayaraq, Touareg 8-pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş VW Touager modelinin istehsalı Volkswagen konserninin Slovakiyadakı zavodunda təşkil olunacaqdır. İstehsala yaxın aylarda başlamaq planlaşdırılır. Almaniya bazarı üçün qiymətlər artıq açıqlanıb: 69 200 - 93 870 avroya arasında.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.