Volkswagen şirkətinin rəhbərliyində dəyişiklik baş verib. Alman şirkətinin və Volkswagen Group konserninə rəhbərlik edən Herbert Dissin vəzifələrindən biri Ralf Brandştetterə həvalə edilib – o, Volkswagen şirkətinə rəhbərlik edəcək, Herbert Diss isə, diqqətini konsernin idarəsi üzərində cəmləyəcəkdir.
Ralf Brandştetter bu günə qədər alman markasının baş əməliyyat direktoru vəzifəsini tuturdu. O, yeni vəzifəsinin icrasına 1 iyul tarixində başlamalıdır.” Ralf Brandştetter şirkətin ən təcrübəli menecerlərindən biridir. O, son iki il ərizndə Volkswagen şirkətinə əməliyyat direktoru vəzifəsində uğurla başçılıq edib, - Diss bildirib. – Buna görə də, Ralf Brandştetterin şirkətin baş direktoru olaraq markanı irəli aparacağından əminəm”.
Brandştetter Volkswagen şirkətində 1993-cü ildən işləyir. O, 1998-ci ildə alman şirkıtinin şassi və transmissiyalar üçün metal tədarükü ilə məşğul olan şöbəsinin, 2005-ci ildə isə SEAT şirkətinin tədarük şöbəsinin təhbəri olub. 2018-ci ilin avqust ayında Brandştetter Volkswagen şirkətinin əməliyyat direktoru vəzifəsinə təyin edilib.
Əvvəllər alman markasının başına Porsche şirkətinin rəhbəri Oliver Blumun gətiriləcəyi barədə xəbərlər peyda olmuşdu. Skoda markasının rəhbəri Bernhard Mayer isə Porsche şirkətinə keçməli idi.
Rəhbərlikdəki dəyişikliklərin səbəbi Volkswagen markasının Avropada üzləşdiyi problemlərdir. Şirkət, yeni Golf hetçbekində yaranmış problemlər ucbatından yeni modelin çatdırılmalarını təxirə salmalı olmuşdu. Səbəb - Avropada mütləq olan təcili çağırış sistemində yaranmış problemlər idi. Bu problem alıcılara təhvil verilmiş 15 min avtomobili əhatə edirdi.
Eyni zamanda, istehsalı başlanmalı olan ID.3 modelinin proqram təminatında yaranmış problemlər barədə də şayilər dolaşmaqdadır. Problemin mənbəyi məlum olmasa da, sistemin düzgün əlaqə yarada bilmədiyi söylənilir. Bu problem üzərində 10 min mütəxəssisin çalışdığı bildirilir.