ABŞ məhkəməsi Volkswagen şirkətinin amerika ofisinin keçmiş top-meneceri Oliver Şmidti yeddi il həbs cəzasına və 400 min dollar cəriməyə məhkum edib. Məhkəmə onu, alman konserninin dizel mühərriki ilə təchiz edilmiş avtomobillərinin zərərli tullantılarının səviyyəsi ilə dələduzluqda təqsirkar sayıb.
Şmidtə iş kəsən mahal hakimi Şon Koks, onun “dizel qalmaqalının” əsas simalarından biri olduğunu hesab etdiyini bildirib. Hakim, həmçinin onun bu hərəkətlər sayəsində karyera yüksəlişini də həyata keçirdiyini bildirib. Qeyd etmək gərəkdir ki, Şmidt etdiyi hərəkətlərə görə ən ağır cəzaya layiq görülüb. Məhkəmə zamanı o, “düzgün qərar qəbul etmədiyini” və etdiyi hərəkətdən peşman olduğunu bildirib. Xatırladaq ki, dizel mühərrikləri ilə bağlı qalmaqal 2015-ci ilin sentyabrında başlamışdır. O zaman, amerikan ekoloqları Volkswagen konsernini yoxlama zamanı zərərli tullantıların səviyyəsini azaldan proqram təminatının istifadəsində günahlandırmışdılar. Elektron alqoritm ölçmə avadanlığının qoşulması zamanı tullantıların səviyyəsini dəfələrlə azaldırmış.
Ümumilikdə, alman konserni 11 milyon avtomobili təmir etməli idi. Volkswagen qrupuna daxil olan Porsche və Audi şirkətləri də bu qalmaqaldan böyük zərər görüblər.