Volkswagen şirkətinin hazırda Amerika Birləşmiş Ştatlarında sınaqdan keçirdiyi yeni krossoverin adı məlum olub – Teramont. Yeni krossoverin adının “T” hərfi ilə başlayacağını ilk dəfə söyləyən şəxs, alman istehsalçısının şimali amerikan nümayəndəliyinin icraçı direktoru Hinrix Vebken olmuşdur. Bundan sonra kütləvi informasiya vasitələri “Teramont” adını ABŞ-ın Patent və əmtəə nişanları idarəsinin bazasında aşkar etmişdilər.
Volkswagen şirkəti “Teramont” adının qeydiyyata alınması üçün ərizəni idarəyə 2015-ci ilin dekabrında təqdim etmişdir. 2016-ci ilin iyun ayında isə Hinrix Vebken krossoverin adını gizlətməyərək onun “T” hərfi ilə başlayacağına işarə vurmuşdur. Vebkenin sözlərinə görə, modelin adının “T” hərfi ilə başlanmasına alman istehsalçısının Almaniyadakı baş ofisi təkid etmişdir. Qəbul edilmiş korporativ standartlara görə, Volkswagen şirkətinin istehsal etdiyi bütün krossoverlərin adı bu hərflə başlamalıdır.
Bununla belə, regional ofisə avtomobilin adını sərbəst şəkildə seçməyə icazə verilmişdir ki, üstəlik almanlar bu adın “amerikan üslubunda” olmasını da tövsiyyə etmişdirlər.
Bildiyimiz kimi, hal-hazırda alman şirkətinin model cərgəsində iki krossover mövcuddur – Tiguan və Touareg. Alman şirkətinin son konseptlərinin adları “T” hərfi ilə başlayır ki, buna da misal olaraq, yeni nəsil Touareg modelinin prototipi olan, T-Prime konseptini göstərmək olar.Volkswagen Teramont modeli xüsusi olaraq ABŞ, Çin və Rusiya bazarları üçün işlənib-hazırlanmışdır. Yeni Touareg medilndən fərqli olaraq bu krossover MLB platformasında deyil, MQB platformasının uzadılmış variantında istehsal ediləcəkdir.
Alman istehsalçısının model cərgəsində yeni kroossover Tuguan və Touareg modellərinin arasında yer alacaqdır. Yeni avtomobilin satışlarına 2017-ci ildə başlanmalıdır.