Volkswagen şirkəti yenilənmiş Golf Spotsvan modelini təqdim edib. Avtomobilin kütləvi təqdimatı gələn ay qapılarını ziyarətçilərin üzünə açacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.
Golf ailəsinə daxil olan modellərin əksər hissəsi keçən ilin noyabr ayında restaylinqdən nəsibini almışdılar.
İndi isə növbə yığcam venə çatmışdır. Avtomobilin çöhrəsində baş verən dəyişikliklər cüzi xarakter daşıyır. Subkompaktven yeni bamperlərə, opsional işıqdiodlarından fənərlərə, yeni tərtibatlı radiator barmaqlığına və beş yeni 16, 17 və 18-düymlük təkər disklərinə sahib olub. Bundan əlavə, modelin rəng çeşidinə Cranberry Red çaları da daxil edilib. İşıqdiodlarından hazırlanmış arxa fənərlər isə avtomobilin baza təchizatına daxildir.
Golf Sportsvan modeli digər Golf modelləri kimi 9,2-düymlük displeyi olan və jestlərlə idarə edilən Discover Pro multimedia sisteminə də sahib olub. Media Control funksiyası və Wi-Fi bağlantısı sayəsində planşet kompyüterinin köməyi ilə mediasistemin bir sıra funksiyalarını idarə etmək mümkündür.
Eyni zamanda, Golf Spotsvan modelinin təhlükəsizlik sistemlərinə piyadanı aşkarlamaq funksiyasına malik olan avtomatik əyləcləmə sistemi, parketmə və treyleri qoşquya alınması zamanı yardım edən sistemlər əlavə edilib. Security&Service dəsti ilə birlikdə təcili çağırış düyməsi də quraşdırılacaqdır.
Volkswagen Golf Sportsvan modeli üç benzin və iki dizel mühərriki ilə təklif ediləcəkdir. Mühərriklərin xarakteristikaları təqdimata yaxın açıqlanacaqdır.
Avtomobilin Almaniyadakı satışlarına payızda start veriləcəkdir.