Subkompakt Volkswagen T-Cross krossoveri öz seqmentində ən təhlükəsiz avtomobil olacaqdır. Yeni krossoverin təchizatına geniş elektron yardımçıların dəsti və sərnişinlərin prokativ müdafiə sistemi daxil olacaqdır. Eyni sistem Arteon və Touareg modellərində də quraşdırılır.
Yeni modeli “I am more” (“Mən daha çoxam”) şüarı dörd əsas istiqamətə bölünür:”I am practical”, “I am cool”, “I am intuitive” və “I am safe”. Yəni T-Cross daha əlverişli, əla, intuitiv və təhlükəsizəm” demək istəyir. Sonuncunu VW T-Cross modelinin baza təchizatı təsdiq edir. Modelin təchizat siyahısına hərəkət zolağında saxlama funksiyası, City Emergency Braking System təcili əyləcləmə və piyadaları aşkar etmə funksiyasına malik olan məsafəyə nəzarət sistemi daxil edilibdir.
Bundan başqa, Volkswagen T-Cross modeli kor zonalara və köndələn trafikə nəzarət sisteminə, adaptive kruiz-kontrola və sərnişinlərin proaktiv müdafiə sisteminə sahib olacaqdır. Yol nəqliyyat hadisəsi zamanı sonuncu sistem pəncərə və lyuku bağlayacaq, təhlükəsizlik kəmərlərini çəkəcək və əyləc sisteminin təzyiqini artıracaqdır.