Volkswagen şirkəti rəsmi olaraq yeni yığcam T-Roc krossoverini təqdim edib. Yeni krossoverin kütləvi nümayişi sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.
VW T-Roc modelinin qabarit uzunluğu 4234 nillimetr, eni - 1819 millimetr, hündürlüyü isə 1573 millimetr təşkil edir. Yeni krossoverin təkər bazasının ölçüsü 2600 millimetrdir. Beləliklə, T-Roc böyük qardaşı Tiguan’dan 252 millimetr qısa, 10 millimetr ensiz və 100 millimetr alçaqdır. VW T-Roc modeli İbiza və Polo modellərinin istehsalında istifadə olunan MQB modul platformasında inşa edilib.
T-Roc modeli alman istehsalçısının dizayn üslubunu qoruyub-saxlasa da, üç ölçülü radiator barmaqlığı, işıqdiodlarından hazırlanmış texnikaının yeni dizaynı, arxa qanadların çıxıntılı forması ilə seçilir. Krossoverin ön bamperdə quraşdırılmış xüsusi formalı gündüz hərəkət işıqları eyni zamanda dönmə işıqları funksiyasını da yerinə yetirir.
Yeni modelin interyeri kuzov rəngindəki elementrlərə sahibdir. Burada sürücüyə tərəf çevrilmiş mərkəzi konsolu, diaqonalı 6,5 - 8,0 düym arasında dəyişən sensorlu ekranı olan, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən, multimedia sistemini görmək olar. Əlavə olaraq, sistem qoşulan smartfonu tanıyaraq onun sahibinin yadda saxlanılmış fərdi tənzimləmələrini yükləyir.
T-Roc modeli iki tərtibat variantında təklif olunur. Style və Sport adlanan variantlar xarakterik tərtibatı, disklərin dizaynı və ön oturacaqların forması ilə seçilir. Gələn il modelin idman kuzov dəstinə sahib olan R-Line variantı da işıq üzü görəcəkdir. Volkswagen T-Roc modelinin baqaj bölümü 445 litrdir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1290 litrə qədər artır.
Volkswagen T-Roc modelinin standart təchizatına yol xəttlərinə nəzarət sistemi, piyadanı aşkarlama funksiyası olan avtomatik əyləcləmə sistemi daxildir. Bundan başqa, avtomobil krimat-kontrol, panorama tavan, smartfonların induksion doldurulması, adaptiv kruiz-kontrol, avtomatik park etmə sistemi, kor zonalara nəzarət, arxa görüntü kamerası, mühərrikin düymə ilə işə salınması və digər sistemlər ilə öyünə bilər.
Krossover üçün virtual cihazlar paneli də təklif edilir ki, bu paneli də müxtəlif variantlarda tənzimləmək, həmçinin naviqasiya sisteminin xəritəsini də çıxarmaq mümkündür. Bununla belə, yanacaq səviyyəsinin və soyutma mayesinin temperatur göstəriciləri cihazlar panelinin kənarlarında yerləşdirilib. Texniki opsiyalar arasında DCC adaptiv amortizatorları və dəyişkən addımlı sükan mexanizmi vardır.
Krossover alman istehsalçısının digər modellərdən tanış olan altı mühərrik ilə təklif ediləcəkdir. Bunlar 115 at qüvvəli 1,0-litrlik, 150 at qüvvəli 1,5-litrlik və 190 at qüvvəli 2,0-litrlik TSI, həmçinin 115 at qüvvəli 1,6-litrlik, və 150 və ya 190 at qüvvəli 2,0-litrlik TDI mühərrikləridir. 115 və 150 at qüvvəli güc aqreqatları üçün mexaniki ötürmələr qutuları standart olacaqdır.
Qalan mühərriklər yeddi pilləli iki muftalı robotlaşdırılmış DSG qutuları ilə təklif ediləcəkdirlər. Çoxdiskli muftaya malik olan 4Motion tam ötürmıə sistemi yalnız 150 və 190 at qüvvəsi gücü olan modellər üçün təklif ediləcəkdir. Mexaniki sürət qutusu və tam ötürmə sistemini əldə etmək istəyənlər dizel mühərrikini seçməli olacaqdırlar.
190 at qüvvəli T-Roc modeli 100 km/saat həddinə 7,3 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 228 km/saat təşkil edir. Sonradan avtomobilin 250 at qüvvəli bərkgedən T-Roc R modifikasiyası da təklif ediləcəkdir.
Yeni krossover alman istehsalçısının Portuqaliyadakı zavodunda istehsal ediləcəkdir. Onun Avropadakı satışlarına noyabr ayında start veriləcəkdir. VW T-Roc modelinin satış qiyməti 20 min avrodan başlayacaqdır.