Volkswagen şirkəti model xəttində olan ən kiçik krossoveri 23 avqust tarixində təqdim edəcəkdir. Bu barədə VW şirkətinin YouTube kanalında dərc edilmiş və T-Roc modelinə həsr olunan videoçarxda yazılıb.
Yeni krossoverin texniki hissəsi haqqında istehsalçı heç bir məlumat verməyib. Dərc edilən videoçarxda modelin dizaynı üzərində işləmiş mütəxəssislər avtomobilin iki rəngli kuzova, rəqəmsal cihazlar panelinə və motosikl dəbliqəsindən ilham alınaraq yaradılan mərkəzi konsola malik olacacağını bildiriblər. Əvvəl də bildirildiyi kimi, yeni krossoverin əsasını MQB modul platformasının A0 variantı təşkil edəcəkdir.
Bu şassidən yığcam Seat İbiza və Volkswagen Polo hetçbeklərinin istehsalı zamanı istifadə edilir.
Volkswagen T-Roc krossoveri Nissan Juke, Mazda CX-3, Renault captur və Jeep Renegade modelləri ilə rəqabət aparacaqdır. Xatırladaq ki, VW T-roc modelinin seriyaöncəsi variantı 2014-cü ildə Cenevrə avtosalonunda debüt etmişdi.