Volkswagen T7 modelinin prototipləri dəfələrlə casuslara rast gəliblər və biz bu barədə məlumat vermişik. Hətta, modelin "elektrikləşdirilmiş" versiyası Nürburqrinqdə paparrazilər tərəfindən yaxalanıb da. Ancaq hər dəfə T7 modeli obyektivlərə cüzi kamuflyajla rast gəlib. Məlum məsələdir ki, nəsil dəyişikliyi ilə birlikdə, furqonun eksteryer və interyerində də ciddi dəyişikliklər olacağı gözlənilir.
Bununla yanaşı, diribaş paparrazilər T7 modelini Alp dağlarının serpantinlərində yaxalama müvəffəq olublar - özü də cari nəsil T6 modeli ilə birlikdə. Yeni modelin bolluca kamuflyaja malik olmasına baxmayaraq, iki furqon arasındakı fərqləri görmək bir qədər asan olub. Xoşbəxtlikdən, ön bamperin formasını, radiator barmaqlığını və işıq texnikasının ölçüsünü gizlədən qoruyucu qara örtük minimum səviyyədədir.
Örtüklə birlikdə, T7 modelinin üzərindəki xüsusi test cihazlarını (məsələn, təkər topundakı sensorları) və eyni zamanda avtomobilin tam yüklənməsini təqlid edən salondakı manekenləri nəzərə almasaq, dağlarda sınaqlardan çıxan minivenin səkkiz nəfərlik modifikasiyasıda olduğunu, lakin baqaj həcmini artırmaq üçün oturacaqların bir hissəsinin söküldüyünü söyləmək olar.
Sələfi ilə eyni ölçülərə, kuzov formasına və tanış siluetə malik olmasına baxmayaraq, Volkswagen MQB platformasına əsaslanan yeni Transporter eksteryer dizaynı ilə fərqlənəcəkdir. Bunun üçün, artırılımış şüşələnmə sahəsinə, ön şüşənin aşağıya doğu uzanan alt hissəsinə və ensiz kapota baxmaq kifayətdir. Nazik formalı radiator barmaqlığı sayəsində ön bamper daha iri görünəcəkdır. Güzgülərin forması da dəyişdirilmişdir. Arxa işıqlar da tamamilə fərqli görünüşə malikdirlər. Baqaj qapısının yuxarı hissəsində iri spoyler quraşdırılmışdır.
Yeni modul arxitekturası, modelin mühərrik çeşidini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Ənənəvi benzin və dizel mühərrikləri ilə yanaşı, T7 modeli hibrid və elektrik güc qurğuları ilə də təchiz ediləcəkdir. T7 həm ön ötümə, həm də tam ötürmə ilə təchiz ediləcəkdir.
Kuzovdakı kamuflyajın miqdarının azalması, modelin sınaqlarının sona çatmasından və onun debütünün yaxınlaşmasından xəbər verir. Yeni Volkswagen Transporter T7 modelinin təqdimatının 2021-ci ilin ilk yarısında keçiriləcəyi, satışlarının isə gələn yayda başlanacağı gözlənilir.